Page 206 - "Yolüstü söhbət"
P. 206
Q a d ı n. Bağışlayın, stolun üstünü yığışdıra bilmədik.
Q o c a (gülümsəyir). Qalsın gələn dəfəyə.
Q a d ı n. Gələn dəfə mən ağıllı olacam. Sağ olun.
Xudahafizləşib çıxırlar. Qoca araq içir, sonra pəncərəyə yaxınlaşır.
Bayırda möhkəm külək əsir. Qadınla kişi küləkdən qorunmaq üçün bir-
birinə sığınıblar. Tək-tək qar atır. Elə bil torbanın dibini çırpırlar. Qoca
fikirləşir ki, daha bundan sonra çətin qar yağa. Amma qocanın ağlına
da gəlmir ki, küləyin yerə düşməyə qoymadığı qar, onun ömrünə yağan
sonuncu qardı.

206
   201   202   203   204   205   206   207   208   209   210   211