Page 204 - "Yolüstü söhbət"
P. 204
Q a d ı n. Deyin, deyin, deyin gəlsin.
K i ş i. Geriyə yol yoxdu, deyin gəlsin.
Q o c a. Tolstoy deyibmiş ki...
Q a d ı n (maraqla). Sizin Tolstoydan da xəbəriniz var?
K i ş i. Niyə olmur?! Bircə elə sən çoxbilmişsən?..
Q a d ı n. Hə, nə deyirmiş Tolstoy?
Q o c a. Deyirmiş, qadınlardan bir söz bilirəm, indi de-
məyəcəyəm onu. Elə vaxt deyəcəm, heç kimin əli mənə
çatmasın. Deyib, tabutun qapağını örtəcəm.
Q a d ı n. Macal tapıb?
Q o c a. Yox.
Q a d ı n. Heyif, maraqlıymış. Bəlkə siz biləsiniz?
K i ş i. Hardan bilsin. Ağzında deyir ki, Tolstoy macal
tapmayıb.
Q a d ı n. Yox, dayım bilir.
Q o c a. Deyəcəkmiş ki, qadınların heç hansı bir zibil
deyil.
Q a d ı n. Vay, vay, vay. Daha dayıma süzmə, dayım
keflənib. Demək mən də...
K i ş i. Dayının nə təqsiri, onu Tolstoy deyəcəkmiş.
Q a d ı n. Təmizə çıxarma, xeyri yoxdu, mən incidim.
Axı birdən-birə bu, hardan yadınıza düşdü? (Qoca nəsə
demək istəyir.) Yox, lazım deyil. Ürəyinizə gəlib deyibsiniz.
(Bir az susandan sonra.) Amma yaxşı deyəcəkmiş.
K i ş i (gülür) Fikir vermə, yəqin onun rast gəldikləri zibil
olub.
Q o c a (tutulub). Ola bilsin.
Q a d ı n. Amma, doğrudan da, kişi olmaq yaxşıdı. Mən
də istiyərdim kişi olam. Bax, belə bir kişi (əlini kişiyə uzadır.)
Gözəl, yaraşıqlı, qüvvətli. Gəzmədiyim qız qoymazdım,
hamısını yalvardardım.

204
   199   200   201   202   203   204   205   206   207   208   209