Page 203 - "Yolüstü söhbət"
P. 203
Q a d ı n. Mənə də süz.
K i ş i. Sənə də?
Q a d ı n. Süz, süz, dayı bağışlayar. Mənə həkim bunu
dərman buyurub.
Q o c a (fikirli-fikirli). Mənim içən qadından xoşum gəlir.
K i ş i. Özgə arvadının içməyindən hamının xoşu gəlir.
Q a d ı n (yanpörtü kişiyə baxır). Sənin də?
K i ş i. Mən heç kimin işinə qarışmaram. Hər kəsin özü
bilər.
Q a d ı n. Demək, onda içmək olar.
K i ş i (süzür). Buyuracaqsan.
Q o c a. Çəkişməsən, bərkiməzsən. Xoşbəxt olun, körpə-
lərinizin sağlığına.
Q a d ı n (gözü yol çəkir). Elə bil evdən bir ildi çıxmışam.
Adam nətəri darıxarmış...
K i ş i. Elə bezibsən?
Q a d ı n. Bezibsən də sözdü?! Mən balamı hamıdan çox
istəyirəm. Bax, sən ərimsən, gizlətmirəm, səndən də çox
istəyirəm (gülür).
Q o c a. Neçə uşaqdı?
K i ş i. İkidi.
Q o c a. Əlinizdə-ovcunuzda qalsın.
Q a d ı n. Sağ olun. Siz də gərək evlənəydiniz, heç olma-
sa, uşağa görə.
K i ş i. İndi məsləhət vermək asandı. O vaxt nə biləsən,
nə olub.
Q a d ı n. Nə olacaq, dünyada bütün qadınlar qırılıb, da-
yım tək qalıb. (Qoca gülür.) Nəyə gülürsüz?
Q o c a. Yadıma bir şey düşdü.
Q a d ı n. Nə?
Q o c a. Vacib deyil, desəm, birdən xətrinizə dəyər.
203