Page 213 - "Yolüstü söhbət"
P. 213
türüb daha Lüdmilaya marağı itirəydilər və birdən ayrılıb
görəydilər ki, bu qadının da öz həyatı var, o da nəsə istəyə
bilər, o da nəsə eləyə bilər – bu da onları qorxudaydı, yad-
lıq, soyuqluq da yəqin onda başlayacaqdı. Ancaq oğulla-
rından ayırdıqları adama bu müddətdə isnişə də bilərdilər,
bir ay, iki ay yox, üç il bir damın altında yaşamışdılar, gə-
lin gözündə görmüşdülər, evin gəlini kimi də analarının
qızılından ona da pay düşmüşdü; lola sırğalar, sünbül bi-
lərzik, nişan üzüyü mücrüdən çıxmışdı. Və beləcə-beləcə
eşitdiklərini götür-qoy eləyəndə söz-söhbətə, incikliyə səbəb
olacaq heç nə tapmırdı, intəhası, nəsə olmuşdu, nəsə
olmuşdu ki, üç ildən sonra Lüdmila birdəncə uşağı da
götürüb evdən çıxmışdı, başqa yerdə otaq kirələmişdi.
Hərdən fikirləşirdi, bəlkə gözləyib, gözləyib, axır ərinin
qayıdacağından əlini üzüb, qadın kimi ətrafına baxıb, ki-
misə görüb, kimisə seçib, alışıb-verişib. Di gəl, belə şey ol-
saydı, Düzyurd camaatının ağzını yummaq olmazdı. Hələ
başqalarından əvvəl bunu evdəkilər tezcə deyərdilər, onların
qabağında özlərini təmizə çıxarmaq üçün deyərdilər ki,
evdən, sonra da Düzyurddan getməyinin təqsirini Lüdmi-
lanın üstünə yıxsınlar. Di gəl, belə şey olsaydı, heç qardaşı
da ataları ilə küsü saxlamazdı. Demək, elə şey olmamışdı,
bəlkə də elə şey yox, heç arada xırda inciklik də olmamışdı,
sadəcə, atası, ya analığı daşınıb-düşünüb, sonra yüz dəfə
ölçüb-biçiblər, görüblər Vəlidən səs-soraq yoxdu, qız da
gözlərinin qabağında; gözəl-göyçək, cavan, ömrünü
çürütməyəcək ki, gec-tez ərə getməlidi, özünə ailə qurmalıdı,
bunun üçün çalışıblar özlərindən uzaqlaşdırsınlar ki, qız
necə istəyir yaşasın, onlara görə, evlərində yaşadığına görə

213
   208   209   210   211   212   213   214   215   216   217   218