Page 220 - "Yolüstü söhbət"
P. 220
mizdirdi, körpə uşaq kimi üç ay qucağında çölə çıxartdı.
Di gəl, yenə pis oldu. Ürəkləri yananıydı, qoy ona yanaydı.
Gözlərinin qabağında idi, görürdülər nə zülmlə uşaq
böyüdür, asandımı anasız iki uşaq böyüdəsən, gecə yüz
dəfə durub üstlərinə baxasan, işdə rahat oturammıyasan
ki, görən, nə yedilər, nə içdilər. Beləcə böyüt, sonra da göz
ol, görüm hardan gəldi, hara getdi, kimlə oturub-durdu –
qız uşağıdı, birdən yolunu azar, ya adına söz çıxar. Hamısını
elədi, toy vurdurdu, cer-cehizlə köçürdü, hamısını da təkba-
şına. Buna da yəqin hünər lazımdı. Ürəkləri yanaydı da.
İntəhası, o, xırdaçı deyildi, atasına da baş qoşmurdu, hirsi-
nin-hikkəsinin ömrü bircə anlıq olurdu, lənət şeytana de-
yirdi, özünü inandırırdı ki, atasının da çox istəməyi yazığı
gəlməyindəndi (görən, doğrudanmı, buna görə çox
istəyirdi?). Bacısının söhbətindən sonrasa məlum oldu ki,
indiyə qədər fikirləşdikləri boş şeymiş, heç kəs dərd əlindən
dəli olmayıb, hamı sakitcə başını sallayıb öz ömrünü
yaşayır, yazığı gəlinəsi adam varsa, elə o özüdü. Ona görə
də birdən-birə özündən, öz yaşayışından bezdi, gündəlik
qayğıları, səhər durub axşam yatmağı, acdı, ya acmadı, hər
gün vaxtlı-vaxtında qarnını doyuzdurmağı ondan ötrü
işgəncəyə döndü. O vaxta qədər ki, qardaşını gördü, görüb
bildi ki, yenə aldanıb, naməlumluq onu aldadıb, qardaşının
həyatında həsəd aparmalı heç nə yoxdu: əgər adam otuz
ildən sonra da tək-tənha qayıdıb gəlirsə, otuz ildən sonra
da kor kimi tutduğunu buraxmırsa, demək, bu otuz ildə əl
atıb tutmağa başqa şey tapmayıb. Daha onu da bilirdi ki,
eləyib-eləmədiklərinə görə özünü üzməyə dəyməz, çünki
220