Page 224 - "Yolüstü söhbət"
P. 224
kefindən də qalmadı, subay oğlanıydı, ömrünün dörd
ilini müharibə yelə vermişdi, gərək o günlərin əvəzini
çıxaydı, ona görə hər günü qənimət bilirdi, hətta şənbə,
bazar qızlarla vaxtını xoş keçirmək üçün Dilicana rəqsə
qaçmağa da ərinmirdi. Bəlkə də ora-bura çox “qaçdığından”,
atası onu “kəndirləməyə” tələsdi. Ancaq o, heç baş-ayaq
atmadı da, yəqin özü də unamaya-unamaya bu fikrə öy-
rəşibmiş, bilirmiş ki, gec-tez bu haqq-hesab olmalıdı, hər
atanın arzusudu övladını ərsəyə çatdırsın, toy vurdurub
borcundan çıxsın, nəvə görüb sevinsin. O da bu arzunun
xilafına getmədi, evlənib Vəli üçün tikilmiş evdə yaşayanda
artıq başqa adamıydı. Həmin adam bir səhər hamilə qadının
yanında gözünü açıb anlamışdı ki, onun bu günəşli, aylı,
ulduzlu səmanın altında nəfəs ala bilməyi xoşbəxtlikdi və
bu xoşbəxtlik üçün hamıya borcludu, hamı onun üçün nə-
sə edib, deməli, o da bu adamlar üçün nəsə etməlidi, necə-
sə, nə cürsə bu borcun əvəzini verməlidi. Bu hiss birdən-
birə hamını onun gözündə dəyişmişdi, hamı ona özü kimi
xoşbəxt görünməmişdi – dərdli, ağrılı, uşaq kimi köməksiz
görünməmişdi, o, hətta hamının bir-birindən çox az şey
umduğuna, vur-tut bir xoş söz, bir xoş baxış umduğuna
təəccublənmişdi. Həmin adam inanmırdı ki, kimsə bilə-
bilə pislik eləsin, nə olurdusa anlaşılmazlıqdan olurdu,
hamı da bunun ağrısını gec-tez öz içində çəkirdi, ona görə
hamıya yazığı gəlmişdi, istəmişdi qarşısındakına yarasın,
ağrısını necəsə yüngülləşdirsin, heç olmasa, bir müddətsə
unutdursun; özünü alçaltdığını fikirləşmədən hamının
qulluğunda dururdu, bu saat kimə nə lazım olduğunu üz-
gözündən anlamağa çalışırdı, bundan ləzzət alırdı, onu da
hiss eləyirdi ki, get-gedə qapısını daha ürəklə açırlar, hər

224
   219   220   221   222   223   224   225   226   227   228   229