Page 231 - "Yolüstü söhbət"
P. 231
rə. Görəsən, indi nə düşünür qardaşı? Bu evləri, ağacları,
hərdənbir buludların arxasından işaran günəşi son dəfə
gördüyünü hiss eləyirmi? Gözləri yol çəkir, deyəsən, onun
maşında olduğunu da unudub. Qardaşı ona oxşayırmış.
Özü də çox oxşayırmış. Çənəsinin, alnının iriliyi, yumru
gözləri. İntəhası, qardaşının gözləri qonurdu, onunku qara.
Anasının da gözləri qonur idi. Ancaq qəribədi, tək sir-
sifətdən oxşamırlar, talelərində də nəsə bir oxşarlıq var, elə
xasiyyətlərində də. Var, var. Bəs buna niyə sevinir, burda
sevinməli nə var ki? O da qardaşı kimi tərsdi. Ürəyi qövr
eləyir, bir şirin söz dilini-dodağını yandırır, di gəl, gedib
həmin sözü deyəmmir. Guya desə, alçalar, özünü sındırar.
Həmişə belə fikirləşib, bundan qorxub. Özünə də əzab
verib, başqalarına da. İndi qardaşının gözündə o, tamam
ayrı adamdı, ölüb gedəcək, heç vaxt da onun
ürəyindəkilərdən xəbəri olmayacaq, xəbəri olmayacaq ki,
həmişə, hətta qayıtmağından əlini üzəndə də ona güvənib,
inanıb ki, çətinə düşsə, yenə qardaşı hayına yetər, xəstələnsə,
yastığının dibini kəsdirər, ölsə, gəlib yerdən götürər. Ona
görə ürəyi rahat olub, ona görə incikliyi, narazılığı vecinə
almayıb. Bilmir, bilməyəcək. İndi danışdırsa da, qardaşının
ağlı özgə yerə gedər, bəlkə də hirslənər, deyər, mənə ürəyi
yanır. Hə, elə deyər. Qardaşı öləcək. Ay Allah, deyəsən,
axı haçansa bu haqda düşünüb, bu sözləri dilinə gətirib,
onda da qardaşı yanında idi, gözünün qabağında idi... Hə,
düzdü, ancaq o vaxt qardaşı balacaydı, özü üçün hoppanıb-
düşürdü, ağız-burnunu əyişdirirdi, o da qəfil fikirləşmişdi
ki, qardaşı da qocalacaq, öləcək, aparıb basdıracaqlar, onda
yaş, hələ yaşanılası ömür ölümü hiss eləməyə qoymamışdı,
ancaq qardaşının, özlərinin bunu bilə-bilə belə sakitcə
yaşamaqları, deyib-gülməkləri ona qəribə gəlmişdi. İndisə

231
   226   227   228   229   230   231   232   233   234   235   236