Page 233 - "Yolüstü söhbət"
P. 233
ında büzüşüb durmuş adama acığı tutdu, sürücü görsün
deyə belini dikəldib həyətdə gəzişdi. Beşmərtəbəli xəstəxana
binasının eyvanları boşuydu, qapı-pəncərələr bərk-bərk
örtülmüşdü. Qardaşı da bu pəncərələrdən birinin arxasında
oturub darıxacaqdı. Yuxarı mərtəbələrdə yatsa, meyiti
düşürmək çətin olacaq.

Həkim qapıdan çıxanda, onu görüb uzaqdan-uzağa
“qorxmayın, dedi, heç nə yoxdu, bir az qara ciyəri şişib,
beş-on gün yatıb durar”. “Necə yəni heç nə...” Oğlan onu
danışmağa qoymadı, gülümsəyə-gülümsəyə dediklərini
bir də təkrar eləyib, maşına tərəf qaçdı.

“Təcili yardım” çılpaq qızılgül kollarının başına fırlanıb,
xəstəxana həyətindən çıxana qədər o, durduğu yerdən tər-
pənəmmədi. Demək, heç nə yoxdu. Demək, heç nə dəyiş-
məyəcək. O, yenə evdə barmağının ucunda gəzəcək, qardaşı
ilə rastlaşmamaq üçün dəhlizə çıxanda öskürəcək, nəlbəkini
əlində əsdirə-əsdirə çayı yenə öz otağına aparacaq. Demək,
heç nə dəyişməyəcək.

Yavaş-yavaş avtobus dayanacağına tərəf getdi. Evdə
onu nə gözlədiyini, günün necə başlayıb, necə qurtaracağını
bildiyindən birdən-birə sakitləşmişdi. Hərdən-hərdən yenə
qızları gəlib onu yoluxacaqdı, növbəylə ağları dəyişib, yu-
mağa aparacaqdılar, heç vaxt da onlarla ürək söhbəti elə-
yəmməyəcəkdi, dərdini, ağrısını onlardan gizlədəcəkdi,
çünki həmişə fikirləşib ki, ata övladına ancaq sevinc vermə-
lidi. Hərdən də bacısı bir qab qonşu payı gətirəcəkdi, bəzən
heç söhbətə oturmayacaqdı da, evin səliqə-səhmanına ötəri
göz gəzdirib xudahafizləşmədən, nəyisə fikrində götür-
qoy edə-edə, dodağının altında mızıldaya-mızıldaya çıxıb
gedəcəkdi. O da tək qalanda arvadını xatırlayacaqdı, çalı-
şacaqdı haçansa evli olduğuna özünü inandırsın, arvadı

233
   228   229   230   231   232   233   234   235   236   237   238