Page 237 - "Yolüstü söhbət"
P. 237
ZƏDƏ
B iabırçılıqdı, biabırçılıqdı, biabırçılıqdı. Gör nə təhər
alçaltdı özünü, nə təhər alçaltdı, alçaltdı, alçaltdı.
Hələ xahiş eləməmişdən alçalmışdı, görən kimi alçalmışdı.
Gözləri yazıqlamışdı, şit-şit gülümsəməyicə bacarırdı. Çünki
o, heç nədi, heç nədi. Hə, hə, heç nədi. Qışqırıb bağırmaqla
deyil – heç nədi. Özgə vaxt sinəsinə döyür: mən, mən, mən
– güya göydən zənbillə düşüb, güya hamı ondan aşağıdı,
güya hamının ona borcu var. Ancaq başqasını görən kimi
sıpıxır, bilir ki, heç nədi. İçini yeyir, titrəyir, başını qaldırıb
dik baxammır. İlahi, axı o niyə yaşayır, niyə yaşayır. Öləsi
adamdı, öləsi. Özü özünu aldadır, yalmanır, yazıq-yazıq
gülümsəyir. Tutu da deyir, nişanlım var, sevdiyim var.
Onu sevir, onu. Gör dünyanın harasıdı, onu da sevən var,
xoşuna gəlməkdən ötrü dəridən-qabıqdan çıxan var. Qoy
rədd olsunlar, qoy hamısı rədd olsun. Qoy sevməsin. Desin,
sən pissən, sən heç nəsən. Bacarır, qoy desin. İndi ki gördü,
gördü o kimdi. Gördü ki, kiminsə qabağında sıpıxır, boy-
nunu bükür. Üzünə tüpürürlər – susur, dolayırlar – susur.
Haqları var, haqları var. Kişiydi, cavabını verəydi. Gözünün
içinə şax baxaydı. Onda ayaqlamazdı onu. Ona “qaqaş”
237