Page 242 - "Yolüstü söhbət"
P. 242
ıqlar darıxmışdı. Yox, belə olmaz, belə olmaz. Lap mat
qalıblar. Yəqin gözləmirdilər ki, durub ayağa üzlərinə sa-
kitcə baxa-baxa siqaretlərini alıb pəncərədən atar. Gözlə-
mirdilər ki, mat qalıblar. Yaman elədi. Birdən gəlib vurarlar?
Tərslikdən arxasını da onlara çevirib. Vurdular – vurdular,
nə desən çıxar. Yox, düşüb getdilər. Allaha şükür, yaxşı
qutardı. Yamanca isti oldu. Lap təntidi. Su ola, çiməsən.
Çətin ki, bu vaxta su qala, yəqin, çoxdan kəsiblər. Qarpız
olsa yeyərdi. Sopsoyuq, ağzına qoyasan, dişini göynədə.
Deyəsən, axı evdə var? Var. Olmalıdı. Dünən yarısı qalmışdı,
soyuducuya qoydu. Hə, soyuducudadı. Çatan kimi işinə
baxar. Görən, Tutu indi nə fikirləşir? Dayısı artıq-əskik da-
nışmasa yaxşıdı. Danışar, cəhənnəmə, qoy danışsın. O
xudahafizləşəndə ayağa durmadı. Heç olmasa, yerindən
bir balaca qalxmadı da. Başqa vaxt bəlkə də belə eləməzdi.
İndi ancaq lazım bilmədi, artıq iş saydı. Bu, nə gözəl qızdı.
Hörmətlə baxdı. Hörmət və məhəbbətlə. Yəqin, düşünür
ki, igid oğlandı o. Yəqin, elə düşünür. Lap tanış olmaq mə-
qamıdı. Trolleybusdan düşəndə daban alasan dalınca.
Kinoda belə olur. Ancaq kinoda qız qəhrəmana yaxınlaşır.
Yaxınlaşıb gül dəstəsi verir, xalqı divin zülmündən
qurtardığına görə. Saçı Nərgizin saçına oxşayır: uzun,
yumşaq. Hardan hara gör kimi xatırladı. Yəqin, heç özünün
yatsa, yuxusuna da girməz. İki il deyil, üç il deyil, indi ev-
eşik, bir yığın külfət. Məktub yazmışdı ona. Oxuyub qaytardı
geri. Dedi, səni aldatmaq istəmirəm, mənim ürəyim
bomboşdu, gəlin dost olaq. Beləcə də dedi. Yaman deyib
ha! Bu haqq-hesabdan sonra qızın gözündə lap qalxdı:
fikirləşdi, gör nə yaxşı oğlandı, zəifliyimdən istifadə eləmədi.
Amma eləyə bilərdi. Doğrudan, eləyə bilərdi. Nə vardı ki,
yalandan deyərdi, mən də səni sevirəm, dərdindən ölürəm.
242