Page 239 - "Yolüstü söhbət"
P. 239
da qaldı? Bayaq yol görünürdü. İndi niyə görünmür?
Əlini də nəsə üşütmüşdü. Hə, bayaq dəmir çəpərin yanında
dayanmışdı. Əlini dəmir üşüdübmüş. Ordan yol görünür.
Doğrudu. Burdan görünür. Dəmir də sərindi. Yəqin arada
yenə yağıbmış. Bunun bir geyiminə bax. Guya uzun geyinib,
yarığı ancaq düz belinə çıxır. Baxanda da deyirlər, niyə
baxırsan? Sabah Tutunu görəsidi. Üz-üzə gələsidi, göz-
gözə durasıdı. Axı, nə üzlə, nə üzlə? Gözünün qabağındaca
alçaldı, yazıqlaşdı. Saymazyana, etinasız danışırdı, gülürdü,
dayısını gördü, o saat büzüşdü, sıpıxıb quyruğunu buladı.
Sonra da üzünə baxa bilmədi. Qorxdu. Qorxdu ki, gözündə
özünün yazıqlığını görər. Görər ki, doğrudan da, heç nədi,
heç nədi. Qorxdu. Axı nə fərqi ki, görmədi. Nə vaxta qədər
aldatmağa çalışacaq, özünü görməzliyə vuracaq, guya heç
nə olmağından xəbəri yoxdu?! Gör nə ilə təsəlli tapır.
Demək, üzünə deməsinlər, ancaq nə düşünürlər düşünsünlər.
Bircə üzünə deməsinlər. Özlərini bilməzliyə vursunlar.
Oldu, keçdi, unuduldu. Eləmi? Axı necə unutmaq olar?
Ola bilməz ki, sabah Tutu ona əvvəlki gözlə baxsın. Bəlkə
də hələ hiss eləməyəcək. Elə biləcək hər şey əvvəlki kimidi,
arada heç nə olmayıb, heç nə dəyişməyib. Soyuq baxırsa –
bu cür də olmalıdı, kobudluq eləyir – təbiidi. Səbəbini bil-
məyəcək. Ancaq nə olsun ki, bilməyəcək. Bəs o? O, bu ko-
budluğa, soyuqluğa dözəcəkmi? Dözəcəksənmi? Yox, Tutu
bilsə yaxşıdı, səbəbini bilsə yaxşıdı. Bilsə, doğrudan da un-
udar. Fikirləşər, yozar, axır bir söz tapıb ürəyini sakitləşdirər.
Xəstəlik gizli olanda pisdi. Adamı içindən yeyir. Yeyir,
yeyir, yeyir, bir də ayılırsan ki, quruca canın qalıb. Onda
da gec olur, gec olur. Ayılanda gərək inciməyə. Gərək başa
düşə ki, təqsir özündədi. Ayılacaq, nə vaxtsa ayılacaq.
Gözünü açıb onu tanıyacaq. Hələ başqasına rast gəlməyib.
239