Page 243 - "Yolüstü söhbət"
P. 243
ədi. Çünki xoşuna gəlmirdi. Xoşuna gəlsə, sözsüz,
deyərdi, sevməsə də deyərdi. Gəzərdi özüyçün. İndi bəlkə
Nərgiz hələ onu yaxşı adam bilir, vicdanlı adam bilir. Ona
minnətdardı. Demir daha iş başqa cürmüş, vicdana dəxli
yoxmuş bu məsələnin. Yoxdu, Nərgiz xanım, yoxdu. Val-
lah-billah, yoxdu dəxli. Bilmədi yazıq. Ancaq yaxşı qızdı,
mehribandı, sakitdi. Heyif, gözəl deyildi. Gözəl olsa, xoşuna
gəlsə, gəzərdi. O gün əri ilə gördü. Çoxdandı görmürdü.
Onu görməzliyə vurdu. Çətin bir də görüşək, Nərgiz xanım,
çətin bir də məktub yazasan. Olan oldu, keçən keçdi.
Məktubda nələr yazdığı tam yadında deyil. Xatırlayammır.
Di gəl, möhkəmcə fəxr eləyirdi, qürurlanırdı: ona məktub
yazmışdılar, onu sevirdilər, hamının başına gəlmir, ha.
Bəlkə ürəyini qırdığına görə Nərgiz xanım indi nifrət eləyir
ona? Nə bilmək olar. Hamı başını sallayıb öz işini görür,
yolunun üstə olmayan adamın nifrəti də onu maraqlandırmır,
sevgisi də. Uşaqlar, deyəsən, yarımçıq düşdülər. Yəqin
özlərini təhqir olunmuş saydılar. İndi əsib-coşurlar. Təqsir
özlərindədi. O istəmirdi, özləri məcbur elədilər. Gərək işi
o yerə çatdırmayaydılar. Günah təhqir olunandadı. Qoy
bacarırsa, alçalmasın. Qoy kim bacarırsa, o da alçaltsın...
Trolleybusdan düşəndə vaxt ölçüsünü itirmişdi. İyirmi
dəqiqəlik yol ona çox uzun gəlirdi, elə bil trolleybusa
mindiyi vaxtdan bir ömür keçmişdi.
Dayanacaq yaşadığı beşmərtəbəli binanın düz qabağında
idi. Burdan onun pəncərəsi görünürdü. Evin işığı yanmırdı.
Yana da bilməzdi, açar cibində idi. Ancaq həmişə evə gec
qayıdanda ona elə gəlirdi ki, gedib görəcək işıq yanır, evdə
də heç tanımadığı bir adam oturub. O, hətta əvvəlcədən
harda gecələyəcəyini fikrində götür-qoy da eləyirdi.
Qapını açan kimi, ilk-əvvəl keçib otağın da, mətbəxin
243