Page 247 - "Yolüstü söhbət"
P. 247
şündüyü, elədiyi bu saat ona yersiz görünürdü. Elə bil
harasa qaçırdı, dayansa, vaxt itirəcəyindən qorxurdu.
Yaxınlaşıb üzünü pəncərənin şüşəsinə söykədi. Evlərin
sönmüş işığı onu sakitləşdirdi: daha gecdi, heç hara
getməyəcək, heç kim gəlməyəcək, heç kimi gözləmir.
– Yatmaq lazımdı, – dedi, – yatmaq lazımdı, vəssalam.
Yuxudan oyananda, ona elə gəldi ki, heç yatmayıb.
Çünki hələ də dünənki gündən ayrıla bilməmişdi. Vaxt
anlayışı nisbidi – bunu o, indi başa düşdü. Vaxtın keçdiyini
hiss eləmək üçün gərək əhvalın da dəyişə, o, ancaq elə bil
yenicə otağa girmişdi və bir az əvvəl nə baş verdiyini
tələsik aydınlaşdırmaq istəyirdi.
Yerində dikəlib saata baxdı – yeddiyə iyirmi dəqiqə
qalmışdı. İşə çatmaq üçün indi durmaq lazımdı.
Ayağını yerə basanda ağrıdan ufuldadı, elə bil sol dizinə
iynə batırdılar. Dünən stola vurduğu yerdi. Ancaq onda
ağrını bir o qədər də hiss eləməmişdi. Üzdən heç nə bilin-
mirdi, nə şiş vardı, nə qızartı.
Bir saatdan sonra Tutunu görəcəkdi. Tutunu xatırlayıb
başını silkələdi. Durub axsaya-axsaya mətbəxə getdi, çaydanı
doldurub qaz pilətəsinin üstünə qoydu. Sonra əl-üzünü
yudu.
Dizinin ağrısı hövsələsini lap daraltdı. Belə ağrı ilə işləyə
bilməyəcəkdi. Fikirləşdi ki, gedib icazə alsın. Ancaq çətin
icazə verəydilər. İşlətməsələr də, deyəcəkdilər otur burda,
gözə görün. Hamilə arvad kimi üzülə-üzülə hamının gözü
qabağında dayanmaq da bir şey deyildi. Həm də Tutu o
saat böyür-başına keçəcəkdi. Çalışacaqdı hiss elətdirsin ki,
onun ağrıdığına görə narahat olub. Dəqiqədəbir kefini
soruşacaqdı. O da gərək haqq döyüşündə güllə yarası
almış adam təki zorla gülümsəsin: yəni çətin də olsa,
dözürəm.
247