Page 252 - "Yolüstü söhbət"
P. 252
u yaşayacaq. Tanımamalıdı ki, sonra lazım gələndə Tu-
tunun özünü aldada bilsin. Bunu Süleyman başa düşmürdü,
ya da başa düşmək istəmirdi. Hə, başa düşmək istəmirdi.
Süleymana öz işi daha vacibdi: necə olur, nə cür olur – təki
düzəlsin. İki otaq, üç uşaq. Çətindi, əlbəttə, çətindi. Tezcə
evini dəyişsə, əla olar. Bircə kəlmə sözlə dörd otaq hazır.
Bütün ağrı-acın qaldı arxada. Daha neynir, bircə kəlmə
sözü deyənə qədər Mədət nə çəkdi, hələ də nə çəkir. Nəyinə
lazım. Deyir, üç uşaqla iki otaqda nə vaxta qədər can
çürüdüm? Növbəsi hələ çatmayıb – bunu danmır, ancaq
neçəsi gözü görə-görə keçib ondan qabağa. İstəmir gedib
şikayət eləyə, divan-dərəyə düşə: keçə bilib, sağ olsun, kişi
bacarıb, daha niyə badalaq vursun. Badalaq vurmur,
intəhası, gözlədiyi də bəsdi. Günah olmaz o da başqasından
qabağa düşsə, bir il tez dəyişsə. Əlbəttə, günah olmaz.
Fikirləşəndə görürsən burda təəccüblü bir şey yoxdu: hamı
istəyir yaxşı dolansın, yaxşı ev-eşiyi olsun, geyinib-kecinsin,
yaxşı da dincəlsin, ancaq əziyyət çəkməsin, növbədə çox
dayanmasın, hirslənib əsəblərini pozmasın. Yəqin ki, bu
istək təbiidi. Yəqin, elə inkişaf da buna deyirlər: az əziyyət
çəkəsən, ancaq yaxşı yaşayasan. Hələ Süleyman bir kəlmə
sözün sonrasını da fikirləşir. Düz eləyir, adam gərək bur-
nundan bir az irəlini görsün. İş tək ev dəyişməkdə deyil.
Bu gün tapşırıqla ev alar, sabah partiyaya keçməkdi, ya
başqa işdi, uşaq ha deyil, direktor bilər öz adamıdı, bir də
gördün qaldırıb qoydu sex müdiri. Niyə də qoymasın,
neçə ildi ustalıqda külüng vurur, işini də həmişə yarıdıb.
Başqalarından nəyi əskikdi? Diplomdu – onun da var.
Adamdı – qoy indi görsünlər onun da adamı var. Hamısı
düzdü. Axı kim istəmir qabağa gedəsən, sex müdiri yox,
lap belə nazir olasan. Kim istəmir?! Ancaq daha onu kiminsə

252
   247   248   249   250   251   252   253   254   255   256   257