Page 256 - "Yolüstü söhbət"
P. 256
daşı daha onu it yerinə qoymaya. Əvvəlcədən vecsiz
bilib, yenə də elə bilə. Həm də qorxdu ki, vecsizliyini, heç
nə olduğunu özü də boynuna ala. Amma söz verən təki,
doğrudan da, özünü dartdı. Gəlin büllur stəkanlarda çay
gətirmişdi, mürəbbə qoymuşdu. Zoğal mürəbbəsi idi,
təzəlikcən bişirmişdi. Mer-meyvənin bol vaxtı olduğundan
mürəbbə ləzzət eləmirdi, bir yandan da yayın cırcırı, adam
onsuz da durduğu yerdə tərləyirdi. Di gəl, o, bir stəkan
çay içməyi, mürəbbədən bir qaşıq dadmağı özünə borc
bildi. Guya yad yerə gəlmişdi: qulluğunda dururdular,
üzünə gülümsəyirdilər, gərək o da xətirlərinə dəyməyəydi.
Nə olar lazımlı adam olanda – o, sadə oğlandı. Bəli, hətta
sonra ağlından keçdi ki, yəqin ağız açdığına görə qardaşı
indi özünü onun yanında naqolay hiss eləyir. Ürək yanğısı
ilə fikirləşmişdi: adamın imkanı ola, heç kimdən xahiş
eləməyə, lap dopdoğmaca qardaşından da. Zorla, xoşla
nəyisə boynuna qoyursan, elə həmin an da aradakı yadlığı
duyursan. Bilmirsən daha nə deyəsən, nə danışasan, qorxur-
san hər sözlə yadlıq bir az da üzə çıxa; elə bil gizlətdiyin
şeyin üstü birdəncə açılır, sən ha çalışırsan örtəsən,
tələsdiyindən, karıxdığından lap açıb tökürsən. Bundan
sonra gəl heç nə olmamış kimi “qardaş” de, qucaqlaş. Hə,
o, belə fikirləşmişdi. Ancaq Süleyman bu hissdən çox uzaq
idi. Çox uzaq. Süleyman onun kimi hər sözü astarına çe-
virmirdi, necə desə, nə cür baxsa, xoş olacağını ölçüb-
biçmirdi. Ölçüb-biçmirdi ki, çay içən təki durub başladı
eyvanda rəf düzəltməyə. Onu da qoşdu özünə, on beş
dəqiqənin içində yaxşıca tərlətdi. Onun fikrincə isə, Süleyman
bu xahişdən sonra hörmət-izzətlə onu yola salmalıydı ki,
o, fikrini dəyişməsin.
Eyvanın qapısını açıq qoyub yenə otağa qayıtdı. Ürəyində
xoşagəlməz bir hissin ağırlığı vardı. Bu hiss ona tanış idi:
256