Page 259 - "Yolüstü söhbət"
P. 259
Qənd götürüb ağzına atdı. Sora-sora dırnaqlarına baxdı.
Dırnaqlarının ağı iri idi. Balaca vaxtı uşaqlar deyirdi, kimin
dırnağının ağı iridirsə, ağıllı adam olacaq. O da gizlicə
bununla fəxr eləyirdi. İndi Süleymanın gözündə Əziz heç
nədi, aldanmışın, yazığın biridi. Lap tutaq ki, doğrudan
da, pis söyləyirlər, axı bunu qardaşına deməyin nə mənası.
Süleymanın az-çox hörməti vardı Əzizə, o da getdi işinə.
Hələ yeri gələndə eşitdiyini başqasına da deyəcək. Başqası
da başqasına deyəcək, bu gün beş nəfər danışırdı, sabah
on beş nəfər danışacaq. Gülən – güləcək, lağ eləyən – lağ
eləyəcək. Yazıq Əziz, hardan bilsin ki, dostu bir söz eşidəndə
başqasının ağzından vurmaqdansa, özü onun-bunun ağzına
söz atır: çeynə kefin istəyən qədər. Deyək, inanırdı, deyək
ki, eşitdiyi düzdü, arvadı... axı, niyə Əziz onun-bunun
dilinə düşməlidi, məsxərəyə qoymalıdılar onu, dalınca
şınqroy çalmalıdılar?! “Özü, deyəsən, yaxşı oğlandı”. Hə,
Süleyman o saat elə dedi, o saat yaxşılığına şübhə elədi
Əzizin. Özü də bilir onun dostudu. Dostudursa, demək,
yaxşı oğlandı. Daha buna şəkk-şübhə eləmək olmaz. Ancaq
elədi. Demək, onu saymadı, ona da hörmət qoymadı. Çünki
“dost” sözünə inanmadı. Çünki dost dostunun ailəsi haqda
o danışdığı sayaq danışmazdı. Danışırdısa, demək, hər şey
üzdəndi. Demək, ikinizə də bir qoz. Elədi. Əlbəttə, elədi.
O, Əzizi yox, özünü də alçaltdı. Gülüncdü. Vallah, gülüncdü.
Axmaq adam, axmaq adam, axı nə düşmüşdü sənə ki,
danışırdın? Nə, hə, nə? Ailəsini soruşurdu, deyərdin, yaxşı
dolanırlar, vəssalam. “Arvadını bir az yaxşı söyləmirlər...”
Özü də kədərli-kədərli dedi. Guya gör nə yaxşı dostam,
bunu özümə dərd eləmişəm, dostuma canım yanır. Hə,
ona görə dedi. Qardaşının gözündə özünü qaldırmaq istədi.
Həmin dəqiqə də qandı ki, kişilik eləməyib. Çünki başladı
259