Page 255 - "Yolüstü söhbət"
P. 255
, nə üz tutmağa bir adam. Umacağı-küsəcəyi yer təkcə
odu. “Gör də, gör neyləyirsən...” Qabaq-qənşər oturmuşdular.
Uşaqlar dənizə çimməyə getdiyindən evdə sakitlik idi. Bir
yandan da bürkü – avqust günəşi öz istisində boğulurdu.
Gəlinsə yorğun-yorğun süfrəni yığışdırırdı. Süst tərpənişinə
baxanda, deyirdin, bu saat durduğu yerdəcə yorğunluqdan
dizləri qatlanacaq. Ancaq bu süstlük yorğunluqdan deyildi,
onu həmişə belə görmüşdü, həmişə də inanmağı gəlmirdi
ki, bu süst tərpənişlə evin bütün iş-gücünü tək canına
aşırır: doğduğü üç uşağın əyin-başından tutmuş, evin
səliqə-sahmanına qədər. “Gör də, gör neyləyirsən...” Bax,
onda, o bürküdə, o sakitlikdə birdən-birə qardaşına yazığı
gəldi. Qorxdu ki, həmin hissi gəlin də keçirər. Tezcə dilləndi
ki, asan işdi, düzələr. Elə bil gəlin görməsin deyə, nəsə
ayıblı bir şeyin qabağını kəsirdi. Bəlkə də gəlin orda
olmasaydı, heç o sözü dilinə gətirməzdi...
Tavanın künclərində hörümçək tor qurmuşdu. Ürəyi
dözmədi, durub süpürgə ilə təmizlədi. Sonra qapını açıb,
eyvana çıxdı. Təzə rayon olduğundan şəhərin bu tərəfində
yaşıllıq az idi. Cavan ağaclar beşmərtəbəli binaların yanında
lap cılız görünürdülər. Şəhərdə ən uca şeyin bina olması
onu açmırdı. Ağacları elə bil qutuya salmışdın. Nə qədər
uzanıb boy atsalar da, binaların arasından çıxıb səma ilə
göz-gözə qala bilməyəcəkdilər.
Yox, iş gəlinin orda olub-olmamağında deyildi. Sadəcə,
qardaşı ağız açandan, o, özünü böyük adam bilirdi. Evə
girəndə az qala yerişini, duruşunu da yadırğayırdı. Və çox
istəyirdi ki, daha qardaşı da onu belə tanısın: iş düzəltdiyinə
görə evdə-eşikdə tərifləsinlər, qulluğunda dursunlar,
hörmətlə baxsınlar. Hə, bircə bundan ötrü dedi, özünücə
düşündü, vəssalam. Qorxdu bu dəfə də boyun qaçırsa,
255