Page 253 - "Yolüstü söhbət"
P. 253
ında gözükölgəli eləmək niyə? Demirsə, mızıldayıb
günü günə satırsa, demək, səbəbi var. Yox, bu fikri özünə
yaxın buraxmadı. Öz işi daha vacibdi. Nəyə ki toxunursan,
nəyi ki görürsən – qalacaq; sevinməkdi, ağlamaqdı,
alçalmaqdı – hamısı keçib-gedən şeydi, unudulandı. O da
unudar alçaldığını. Süleyman düz başa düşür. Arada da
yaxşı dedi, həmişə onlara əl tutduğunu, kömək elədiyini
hərləyib-fırlayıb birtəhər çatdırdı. Az bacarıb – az eləyib,
çox bacarıb – çox. Eləyəcək də. Şükür, yaxşı-pis dolanır.
Ancaq istəyir sabah lap yaxşı imkanı olsun, ürəyindən beş
keçəndə beş də eləsin, daha udquna-udquna qalmasın.
Hələ dörd otaq alsa, onun da işi düzəlir. Allah qoysa,
evləndirəcək onu, daha kirayədə zülüm çəkməz, gəlib
otağın birində qalar. Elədi, ya elə deyil, Mədət qardaş?
Elədi, elədi. Sağ olsun, onu yaddan çıxartmır, hələ yaddan
çıxartmadığını eşitdirir də. Hamıdan ötrü bacardığını eləyib.
“Hamıdan” da ona xüsusi pay çatır. Tək ona yox, ata-
anasına da, kiçik qardaşı Rəhimə də. Bircə bacısından
savayı. Bacısı başqa rayona ərə getməklə bir onların
ailəsindən yox, elə onların dünyasından da gedib. Xəstədimi,
sağdımı, nəyə ehtiyacı var – xəbərləri yoxdu. Nə
məktublaşırlar, nə arada gedib yoluxa bilirlər. Ondan-bun-
danca hərdən sorağı gəlib çatır: filan yerdə gördük, vəssalam.
Nə yaxşı ki, keçən il, təsadüfən olsa da, görüşdülər, yoxsa
indi bəlkə sir-sifətini də unutmuşdu. Ata-anaları Düzyurdda,
özləri Bakıda. Çox şükür ki, eyni şəhərdədilər, yoxsa
bacılarından xəbər tuta bilmədikləri kimi, bir-birlərini də
arayıb-axtarmağa bəlkə vaxt tapmazlar, istər-istəməz gediş-
gəlişləri kəsilər. Çox şükür. Ancaq indi qardaşının başına
yığışırlar. Düz deyir, hamısı üçün bacardığını eləyib, eləyir
də. Di gəl, bunu üzə vurmağın nə mənası, lap əvəz istəməyə

253
   248   249   250   251   252   253   254   255   256   257   258