Page 248 - "Yolüstü söhbət"
P. 248
Tələsmədən çay dəmlədi, bir stəkan şirin çay içib stəkan-
nəlbəkini yaxaladı, çörəyin artığını qurumasın deyə sellofan
torbaya qoydu. Sonra götürüb dünəndən stolun üstünə
atdığı şəklə baxdı. Ata-anasını bir ildən çox idi ki, görmürdü
– məzuniyyəti nişana və nişanlısına görə Bakıda keçirmişdi.
Düzyurda getməyi bir də qaldı gələn məzuniyyətə. Demək,
bir ildir getmir, bir il də getməyəcək – eləyir iki il. Ancaq
heç darıxmırdı da. Bircə yazağzı soyuqdəymədən yatanda
evdəkiləri yamanca arzulamışdı. Heç elə xəstələndiyi
xatirinə gəlmirdi: iki-üç gün yorğan-döşəkdən durammadı,
titrətmə aman vermirdi, tez-tez huşa gedirdi, gözünü
açanda çay-çörək yadına düşürdü, amma taqəti olmurdu
durub bir şey bişirsin. Onda dünyadan lap bezmişdi. Ağız
açmağa, nəsə istəməyə adam yoxdu. Elə adam ki yastığının
dibini kəsdirməkdən bezməsin. Kim olur-olsun, uzağı bir-
iki saat onun nazı ilə oynayardı, bunu da candərdi eləyərdi.
Ona görə yox ki, hamı pisdi; hamı bəlkə o düşündüyündən
qat-qat yaxşıdı, ancaq ən yaxşı adam da xeyirxahlıq eləyəndə
qabağındakını yox, özünü düşünür, bundan ləzzət almaq
istəyir, istəyir özünü yaxşı adam olduğuna inandırsın. Bu
düşünülmüş xeyirxahlığa görəsə o, heç kimi qınamırdı.
Çünki hamı bu cürdü, hamı bir yaxşılıq eləyəndə istər-
istəməz nəsə umur.
Yenə şəkli vurmağa bir yer tapmadı. Elə yerə vurmaq
istəyirdi göz qabağında olsun, otağa girən kimi görünsün.
Belə yer divar idi, ancaq lap başdan kirayəyə verəndə şərt
qoymuşdular ki, divara toxunub oboyu korlamasın. Bunu
ev sahibinin dilindən qardaşı tapşırmışdı. Ev sahibinin
özü üçilliyə xaricə getmişdi. O, həmin adamı tanımırdı.
Görüb tanıdığı elə ev sahibinin qardaşı idi, hər ayın axırında
kirayə pulunu almağa gəlirdi. Özünü də elə aparırdı güya
248