Page 249 - "Yolüstü söhbət"
P. 249
ayə pulunu almağa gəlməyib – köhnə dostunu yoluxmağa
gəlib. Gəlib bir xeyli otururdu, çay içirdi, hal-əhval tuturdu,
siyasətdən danışırdı, qocalıqdan şikayətlənirdi. O, harasa
gedəcəyini hiss elətdirməsə, bəlkə bütün günü beləcə
danışardı. Duranda aldığı pula da heç baxmırdı, elə bil
dəsmalı götürüb cibinə qoyurdu. Ancaq o, yaxşı başa
düşürdü ki, kişi elə qapıdan çıxan təki pulları sayacaq.
Ona görə kişinin bu saxta inamı ona gülməli gəlirdi.
Fikirləşirdi bir dəfə pulu verməsin, görsün kişi nə deyəcək,
pulu istəyəcəkmi? Bunu bilmək, kişinin qadağanına
baxmayıb şəkli divara vurmaq istəyi kimi, hərdəncə onu
şirnikdirirdi.
Vaxt keçirdi. Bilirdi ki, bir az da ləngisə, işə gecikəcək.
Bildiyinə görə də saat tərəfə baxmırdı. O zaman baxdı ki,
daha evdən çıxsa da, işə çatmayacaqdı. “Gecikdim, – dedi,
– iş batdı”. Fikirləşdi ki, həkimə gedər, dizini göstərib
kağız alar. Amma həkimə getməyəcəyini də yaxşı bilirdi.
Bunu işə getmədiyinə görə özünü sakitləşdirmək üçün
fikirləşdi. Həkimə getməkdən həmişə qorxmuşdu. Qorxurdu,
heç unamadığı bir xəstəlik tapalar, durduğu yerdə işə
düşər. Əgər xəstəlik varsa, bilməyindən bilməməyi yaxşıdı,
harda qırılar, qırılar.
Poliklinika, yəqin, saat 8-dən tez açılmazdı. İndisə
səkkizin yarısı idi. Hələ vaxta var. Uzanıb gözünü tavanda
gəzdirdi. Qəribədi, çox qəribədi: bugün-sabah otuz üç
yaşına adlayacaq, ancaq hələ də nə istədiyini, nə axtardığını
bilmir. Süleyman yaxşı deyir: səndən, deyir, heç başım
çıxmır, elə bil, Allah eləməsin, türmədəsən, birtəhər başını
qatırsan ki, günün gəlib keçsin. “Türmədə deyilsən e, ay
başına dönüm, əlini-qolunu tutan yoxdu, adam kimi yaşa,
yoxsa bir də ayılacaqsan ki, lələ köçüb, yurdu qalıb, ömrü
249