Page 244 - "Yolüstü söhbət"
P. 244
işığını yandırdı. Ancaq ətrafına göz gəzdirəndən sonra
qayıdıb ayaqqablarını soyundu. Qaranlıqdan qorxmasa da,
xoşu da gəlmirdi. Onsuz da işıq yananda belə özünü bu
evdə həmişə narahat hiss eləyirdi. Bəlkə də qədim bir evin
xarabalığına girən adam belə hiss keçirir. Bilirsən ki, ayaq
basdığın yerdə səndən qabaq kimlərsə yaşayıb: seviblər,
seviliblər, gülüblər, ağlayıblar, məclislər qurulub, uşaq
doğulub, kimsə son dəfə gözünü bu divarlarda gəzdirib –
hər şey olub, keçib, gedib, indisə sakitlikdi, di gəl, sakitlik
sənə aldadıcı görünür, həmin adamlardan bu evdə heç nə
qalmadığına inana bilmirsən. Sənə elə gəlir ki, tək deyilsən,
sənə göz qoyurlar, səni izləyirlər. Daşın-divarın sükutu da
sirlidi, onlar sənin görmədiyini görüblər, bilmədiyini bilirlər.
Evdə kiminsə olduğu fikri səni eyməndirir. Bu fikri başından
qovmaq üçün öz-özünə zümzümə eləyirsən, fit çalırsan,
radionu açıq qoyursan. Ancaq yenə də hərdən inamsız-
inamsız ətrafına baxmalı olursan... Bu daimi narahatçılığın
səbəbini o, yaxşı bilirdi: heç nə onun bu evdə yaşadığını
hiss elətdirmirdi. Qəribə də olsa, iki ili burda qonaq kimi
yaşamışdı, guya sabah çıxıb gedəsiydi. Sabah, sabah, beləcə
iki il keçmişdi. İki ildə heç nəyə toxunmamışdı, heç nəyə əl
vurmamışdı. Ovalşəkilli qırmızı stol, iki stul, narıncı örtüklü
divan, köhnə dolab, sarı pərdələr, bir də qatlanan çarpayı
– iki il qabaq bu evə köçəndə necə görmüşdüsə, hər şey
eləcə dururdu, nə köhnəsini atmışdı, nə təzəsini almışdı.
Heç olmasa, çəkdirdiyi şəkillərdən göz qabağına qoymurdu,
görən biləydi ki, burda filankəs yaşayır. Bunu, bax elə
indicə də eləmək olar, vur-tut bir dəqiqəlik işdi, götür,
qoy, vəssalam.

Fikirləşdiyinə inanmaq üçün çamadandan şəkil albomunu
çıxartdı. Axtarıb ailəliklə çəkdirdikləri şəkli tapdı. Çoxdan

244
   239   240   241   242   243   244   245   246   247   248   249