Page 241 - "Yolüstü söhbət"
P. 241
ından çıxmışdı. Elə bil kabinetində oturmuşdu, sorğu-
suala tuturdu. Təqsir özündədi. Bir var səni alçaltmaq
istəyələr, bir də var durduğun yerdə özün yazıqlaşasan.
Onu alçaltmaq ağlına da gəlmirdi. İt üstünə hürəndə nəcə
deyərsən ki, it məni alçaltmaq istəyir. Hürmək itin peşəsidi.
Özücə özünü alçaltdı. Kiçilib pişik boyda oldu. Nə boyda
oldusa, o boyda da əyninə paltar tikdilər. Gəl indi təzədən
başını dik tut, sinəni qabart, görüm, necə qabardırsan.
Paltar cırılar, lüt qalarsan. Lap gülünc olarsan. Bu gün
kiməsə gülmüşdü. Kimə? Lağ eləyirdi, doyunca da güldü.
Hə, dayısına. Çimərlikdə lüt gəzdiyinə görə. Yəni gör nə
axmaq dayın var, hamınız da qabağında bulanırsınız.
Özünü Tutuya göstərirdi. İndi də göstərdi. Həmin axmaq
adamı görən kimi sıpıxdı, ayağına düşdü... Görürlər ar-
vad-uşaq var, yenə siqaret çəkirlər. Guya qəhrəmanlıq
eləyirlər: baxın, biz heç kimdən qorxmuruq, hətta trolley-
busda da siqaret çəkirik. Çək, çək. Heç kim də dillənmir.
Kimin nəyinə lazım dillənib pis ola, bir-iki yaxşı söz eşidə.
Sonra da gəl dalaş, milisə düş. Çək-çevir, sorğu-sual –
adamınkı adama dəyər. Qoy tüstülətsinlər. Susmaq
məsləhətdi. Özləri də uşaqdılar. On səkkiz-on doqquz
yaşları olar. Qəhrəmanlıq həvəsinə düşən vaxtlarıdı. Nə
qəribə sifətləri var. Narahatdılar. Bilirlər düz eləmədiklərini,
ona görə narahatdılar. Hər dəqiqə gözləyirlər bu saat kimsə
durub narazılıq eləyəcək. Bilə-bilə də çəkirlər. Başqa cür
seçilməyi bacarmırlar.

– Qardaş, olmaz ki, burda çəkmiyəsiniz...
Nahaqca dedi. Durub indi düşələr üstünə. İki nəfərə
gücü çatmaz. Nahaqca dedi.
– Dədənin maşınıdı? Xoşun gəlmir, bas bayıra.
Lənət şeytana, özünü işə saldı. Çönüb baxanlar da var.

241
   236   237   238   239   240   241   242   243   244   245   246