Page 238 - "Yolüstü söhbət"
P. 238
əzdi. Otuz üç yaşlı adama “qaqaş” deyirdi. Hələ gərək
çənəsini də əlləşdirəydi: “ağlama, qaqaş, ağlama, düzələr”.
Sağlığına içirdi: “sən yaxşı oğlansan”. Guya özü ondan
yaxşıdı, hətta ona qiymət də verə bilər. Başqasına belə de-
məzdi. Ancaq ona dedi. Başqasına deyərdi: “Sağ ol, Həsən
müəllim, sağ ol, Hüseyn müəllim, şadam siznən tanış
olmağıma”. Belə deyərdi. Ancaq onu saymadı. Onu adam
yerinə qoymadı. Çünki o, heç nədi. Çünki onsuz da yalma-
nırdı, yazıq-yazıq gülümsəyirdi. Neynir onun hörmətini
qazansın. Nəyinə lazım. Yalmanır, yalmanacaq. Gələn dəfə
də deyəcək: “ Sən yaxşı oğlansan”. Sağlığına bir yüz qram
da vuracaq, vəssalam. O adlı adam daha yoxdu. Onunla
beləcə hərdən süfrə arxasında oturmaq olar. Bircə saat, ya-
rım saat. Sonra xoş gəldin. Ondan nə dost, nə yoldaş. Qoy
getsin öz dərdini çəksin. Çünki o, heç nədi. Çünki özü
özünü alçaldır. Özü özünə hörmət eləmir. Cavabını versəydi,
belə danışmazdı. Onda sayardı. Deyərdi, bu da kişiymiş.
Elə deyərdi. Onda sayardı. Ancaq özü istəmir onu kişi bil-
sinlər. İstəmir. İstəyir ona yazıqlarıca gəlsin, başını sığalla-
sınlar, üzünə gülümsəsinlər. Öyrəşib, daha öyrəşib. Bu
gün dözdü, sabah da dözəcək. Xətrinə dəyəndə narahat ol-
mayacaqlar, üzr istəməyəcəklər. Güləcəklər: “İncidin? İnci-
mə, incimə”. Çünki bilirlər, o, cavab qaytara bilməz, hirslənə
bilməz, təhqir eləyə bilməz. O ancaq susub burnunu sallaya
bilər. Yiyəsindən küsmüş it kimi ancaq quyruğunu bulayar,
qayıdıb dişləyə bilməz. Çünki qorxur qapıdan qovalar,
üzünə baxmayalar, sonra yazıq ola. Bunu bilirlər. Düz bi-
lirlər. Özünü elə tanıdıb. Çünki o, heç nədi, heç nədi.
Qıraqdakılar da deyir, igid bu adamdı, kişidi, əynində
şalvarı var. Hələ bəlkə ondan çəkinirlər də. Hələ bunları
aldatmaq olar, üstlərinə şeşələnmək olar. Bu trolleybus

238
   233   234   235   236   237   238   239   240   241   242   243