Page 234 - "Yolüstü söhbət"
P. 234
frəyə yemək gətirəndə nə hiss keçirdiyini yadına salsın.
Hər şey olmuşdu; yuxusuz gecələr də, doğulacaq uşağın
sevinci də, məhrəm yaxınlığın xoş utancaqlığı da, ancaq
ayrı-ayrı əhvalatlar kimi, bütün bunlar da elə bil başqa
adamın başına gəlmişdi, ona bir qırıq da dəxli yoxdu.
Qəribədi ki, arvadının da həmin günləri xatırladığına, ona
rast gəlsə, həmin məhrəm günləri yadına salıb, indiki yad
kişidən xəcalət çəkəcəyinə inanmırdı. Cavanlıqda elə bilirdi,
çətini qadını bir dəfə öpənə kimidi, sonra ömürlük səndən
əl çəkməz, qarşında gözükölgəli olmaqdan qorxub əl
çəkməz. Ancaq demə, qadın heç vaxt sənin olmurmuş, nə
qədər çox tanıyırmışsansa, nə qədər çox yaxın olurmuşsansa,
bir o qədər səndən uzaqlaşırmış... Bəlkə də bu saat bacısı
onu gözləyirdi – “Təcili yardım” gəldiyini görməmiş ol-
mazdılar. Həkimdən eşitdiklərini o da bacısına təkrar
eləyəcək, sonra da narahatçılığı başlayacaq: bilməyəcək
qardaşının yanına getsin, ya getməsin, yemək aparsın, ya
aparmasın, qorxacaq ki, qardaşı birdən ağır söz deyər,
hamının yanında onu pərt eləyər. Fikirləşdikləri onu üzəcək,
heç vaxt da özünü haqlı sayammayacaq. Demək, hər şey
olduğu kimi qaldı. Demək, heç nə dəyişməyəcək.
Tələsdiyindən qapını bağlamayıbmış – astanada dayanıb
qardaşının otağına sarı baxdı. Qapı örtülü idi. İtələyib açdı.
Çarpayı yığılmamışdı, qəhvəyi zolaqlı pijama necə gəldi
yorğanın üstünə atılmışdı. Qara çəkələyin bir tayı yoxdu,
o biri tayı ağzı üstə çönmüşdü.
Qardaşından ötrü birdən-birə darıxdı. Və çarpayıya
çöküb, bütün qocalar kimi astadan, için-için ağladı.