Page 251 - "Yolüstü söhbət"
P. 251
əmirdi. Di gəl, başa da düşmürdü ki, belə çox davam
eləməz. Bir gün dilini sürüyərsən, iki gün, üç gün; elə deyil
ki, sonra daha üz-üzə gəlməyəsən, rastlaşmayasan, uzağı-
uzağı on gündən sonra yenə qabaq-qənşər oturacaqdın.
Bəs onda? Elə də oldu. Axır ki, boynuna götürdü: “Asan
işdi, çox asan işdi. İmkan olan kimi deyəcəm”. Dərd orası
idi ki, asan deyildi, heç asan deyildi. Neçə dəfə fikirləşmişdi,
çalışmışdı gözünün qabağına gətirsin: necə deyəcək, sözünü
nə cür başlayacaq. Hər dəfə də özünü söymüşdü ki, durduğu
yerdəcə işə düşüb. Bəlkə də sonralar bir xahiş eləməkdən
ötrü bu qədər baş sındırmağı, içini yeməyi ona gülməli
gələcəkdi. Bəlkə də. Vur-tut üç aydı həmin adamı tanıyırdı.
Tanıyırdı deyəndə, salam verib, salam alırdı. İndi gəl bir
salamın üstündən xahiş elə, ağız aç. Yaxşı başa düşürdü ki,
başlanğıcdan çox şey asılıdı . Özünü necə göstərsən, elə də
tanıyacaqlar, sən də məcbursan öz açdığın cığırı tutub
gedəsən. Çünki qəfil cığırdan çıxsan, o saat təəccüb-
lənəcəkdilər: bu niyə öz yolunu qoyub başqa yolu gedir?
Ona görə istəyirdi açdığı cığır elə olsun ki, gedəndə
qulaqlarısa görünsün, heç olmasa, desinlər, adam gəlir...
Pis oldu, pis. Pislik eləmək istəyən yoxdu, amma nəticəsi
pis oldu. Süleyman istəməzdi ki, o gedib kiminsə qabağında
alçalsın. İstəmirdi də. Hiss eləyirdi ki, üç aydı tanıdığın
adama qohumdu deyə ağız açmaq, nəsə xahiş eləmək onun
üçün çətindi. Hiss eləyirdi. Ona görə Tutunu qabağa verirdi:
“Sən Tutuya de, qurtarsın getsin. Öz dayısıdı, özləri də
bilər”. Daha demir, elə Tutuya görə o, ağız açmaq istəmir.
Bəlkə də kiminsə qarşısında özünə əskiklik gətirən bir iş
görər, ancaq Tutu olan yerdə yox. Tutunun yanında, Tutu
başa düşə-düşə o, heç başqasına da yalan da demir. Çünki
Tutu onu yalançı kimi tanımamalıdı. Çünki Tutu ilə ömrü
251