Page 257 - "Yolüstü söhbət"
P. 257
, ya ürəyincə olmayan bir iş görəndə bu naməlum yükü
hiss eləyirdi. Bəzən narahatlıq öz-özünə də unudulub
gedirdi, nədən yarandığını bilmədiyi kimi, necə yoxa
çıxdığından da xəbəri olmurdu. Bəzən isə yadına düşürdü,
peşmançılığını çəkirdi. Son vaxtlar əhvalı tez-tez beləcə
pozulurdu, ona görə daha səbəbini axtarmağa çalışmırdı,
çalışırdı tezcə də yadından çıxartsın. Ancaq indiki
narahatçılığın Tutugildə olan əhvalatla heç bir əlaqəsi
yoxdu, çünki bu ağırlığın səbəbini bilmirdi. Yəqin başqa
nəsə eləmişdi, ya nəsə demişdi. Nə?... Rəf düzəldəndə
qardaşının kefi yaxşı idi. Qurşağacan soyunub işləyə-işləyə
dil-boğaza qoymurdu. Eyvanı necə düzəldəcəyindən
danışırdı. İki tərəfdə şkaf, boyaboy da aynəbənd. Çoxlarında
görüb: əladı. Balaca bir stol da çıxarıb qoyacaq – oldu
əməlli-başlı otaq. Yayın canıdı, axşamlar otur burda, çaydan
iç, nərddən vur. Deyir, gün batdımı, bura olacaq səpsərin.
Hə, yaxşı fikirləşib. O isə Tutu ilə görüşə tələsdiyindən,
söhbətə qoşula bilmirdi, nə də əli işə yatırdı. Getməyə
çəkinirdi, istəmirdi Süleyman desin ki, işdən qaçdı. Onun
üçün qalmışdı qırıla-qırıla. Axır yenə Süleymanın hövsələsi
çatmadı, sən canın, dedi, get evdə otur, sənnən işləyən
olmaz. İşə görə danladığı birinci dəfə deyildi, daha öyrəşib.
Di gəl, qəribə idi ki, bəzən can yandıranda da fərqi yoxdu,
yenə danlaq eşidirdi. Ya özünü başdan yarıtmaz göstərmişdi,
ya, doğrudan da, iş bacarmırdı... Zorla mızıldadı ki, gedəsi
yerim var. Süleyman ancaq onu heç saxlamağa çalışmadı:
“Var, bəs nə durubsan burda, di get işinin dalınca”. Sonra
Süleyman hara getdiyini də soruşdu. Onda daha yuyunub,
daranıb xudahafizləşmək üçün eyvana qayıtmışdı, bir az
ayaq saxlamışdı ki, Süleyman deməsin elə bu, getməkdən
ötrü ölürmüş; həm də yaxşı yadındadı – Süleymanın can-
257