Page 262 - "Yolüstü söhbət"
P. 262
məsin. Doğrudanmı, görən, elə adam yoxdu? Dərinə
getmədi. Özünü çətinə salmağı, adi şeyləri də qəlizləşdirməyi
əvvəllər xoşlayırdı. İndi bunun əksini eləyirdi, belə eləyəndə
yaşamaq daha asandı.

Keçən il bu vaxt, görən, harda idi? Keçən il avqustun
axırında?.. Hə, yenə burda idi – Bakıda, məzuniyyətdən
yenicə qayıtmışdı. Onda heç ağlına da gəlməzdi ki, bir il
sonra, düz həmin bu vaxt nişanlı olacaq. Onda evlənmək
haqqında heç fikirləşmirdi də. Bircə evdən tələsdirirdilər.
Ən çox da Rəhim. Deyirdi, tərpən, elə eləmə qabağına
keçim. Bax, deyirdi, əsgərlikdən gələnə qədər vaxt verirəm,
evləndin, evləndin, evlənmədin daha məndən küsmə. O
da cavabında gülürdü; gülürdü ki, qardaşı belə sözdən in-
cidiyini düşünməsin. Sən mənə baş qoşma, deyirdi, əhd
eləmişəm, gərək səni evləndirəm sonra. Zarafatla desə də,
o vaxt, doğrudan da, evlənmək söhbəti onu maraqlandır-
mırdı. Eləsi var evlənmək istəyir, amma axtardığını,
arzuladığını tapmır. O isə nə istəyirdi, nə də axtarırdı.
Tutunu ilk dəfə görəndə də başqa sevib-sevilənlərdən
eşitdiyi kimi, nə ürəyi əsdi, nə dili topuq vurdu. Alagöz,
arıq, ağbəniz qızdı. Çiyinləri düz, bir az da enli olduğundan
həmişə saçını açıb tökürdü. Yenicə də institut bitirmişdi,
vur-tut iyirmi iki yaşı vardı. Özü də şən, gülərüz – bir
həftənin içində hamı ilə dil tapdı, hamıya qaynayıb-qarışdı.
Hərdən işdən sonra da görüşürdülər. Ad günü olurdu –
ad günündə, dəstə ilə kinoya gedirdilər – kinoda. Bir dəfə,
iki dəfə, üç dəfə, sonra ikilikdə görüşdülər, ikilikdə kinoya
getdilər, ikilikdə şəhəri gəzdilər. Sonra ilk dəfə əlindən
tutdu, belinə toxundu, sonra öpüşdülər. Evlənmək yenə
fikrində yox idi. Görüşürdülər, gəzirdilər, sadəcə, qızla bir
yerdə olmaq ona xoş gəlirdi. Ancaq görüşmək başqa şeydi,

262
   257   258   259   260   261   262   263   264   265   266   267