Page 264 - "Yolüstü söhbət"
P. 264
n həyatında heç nəyi dəyişə bilməz. İndi öz görünüşü
də onu az maraqlandırırdı. Əvvəllər sir-sifətinə çox fikir
verirdi, güzgüdə gördüyü adam ona çox doğma gəlirdi.
Baxırdı, gözünə, saçına, sifətinin quruluşuna – xoşhallanırdı,
həm də çalışırdı daha çox xoşa gəlsin, əlini tez-tez saçına
çəkirdi, üzünə xoş ifadə verirdi, gülümsəyirdi. Amma indi
elə bil güzgüdə yad adamı görürdü. Bu adam nə eləyib?
Necə yaşayıb? Nə eləyəcək? – fikirləşirdi, axırını bir yana
çıxara bilməsə də, fikirləşirdi. Hamı kimi ona da ad qoyanda
özündən soruşmamışdılar. Amma xoşuna gəlirdi. Sağ ol-
sunlar ki, “Mədət” adı qoyublar, daha buna görə xəcalət
çəkəsi olmur. Allaha çox şükür ki, sir-sifətdən də babatdı:
gözləri qonur, saçı qara, boyu ortaboydan bir az uca, burnu,
ağzı, qaşı – hamısı yerli-yerində. Belə doğulub, belə
doğulduğuna da peşman deyil. Necə yaşamağı, bu yaşa
necə gəlib çıxmağısa az-çox özündən asılı olub. Bir dəfə
tərcümeyi-hal yazanda, ömrünün üç-dörd cümləyə
sığışdığına çox təəccüblənmişdi: pis-yaxşı institut qurtarıb
– Politexnik İnstitutunun axşam şöbəsini. Əsgərliyə qədər
yüz yer dəyişib. Sənəti yoxdu, həmişə fəhlə işləyib; tikintidə,
zavodda, tara bazasında. Əsgərlikdən sonra zavoda girib,
indi də orda işləyir, ancaq texniki şöbədə, mühəndisdi –
mühəndis-konstruktor. Bunlara əlavə də eləmək olar: evi
yoxdu, kirayədə qalır. Bir otaqdı, ondan savayı mətbəxi,
tualeti, hamamı. Zavodda ev növbəsindədi. Hələ ki, bir
otaqlıya durub, növbə çatana qədər bəlkə üç, ya dörd
otaqlıya durar... Belə-belə işlər. İndisə 1984-cü ilin avqustu
evdən çıxıb özü də bilmir hara gedir.
Dayanacağın yanındakı telefon budkasına gözü sataşanda
istədi iş yerinə zəng vursun, bir bəhanə tapıb nə üçün işə
gələmməyəcəyini desin. Ancaq onda gərək Tutu ilə də
264