Page 268 - "Yolüstü söhbət"
P. 268
tlaşanda, birinci dəfə ağlına gəlmişdi ki, Tutu hələ onu
tanımır. İstədiyi, sevdiyi (əgər sevirdisə) Mədət başqadı:
bir az öz ürəyində düzüb-qoşduğu, bir az da onun
görünməyə çalışdığı Mədətdi. Əsl Mədəti isə hələ tanımır.
Və haçansa Tutu yanıldığını hiss eləyəcək. Bəlkə də artıq
hiss eləyib, nəsə sezib, çünki həmin an Tutu elə bil yad
adama baxırdı, onu ilk dəfə görürdü. Heç bilməzdi Tutunu
itirmək onu bu qədər qorxudar. Yox, qorxu Tutunun onu
tanıya biləcəyinə görə idi. Bunun elə ilk işartısına hürkmüşdü.
Tezcə gülümsəyib, yad adama mehribançılıq eləyirmiş
kimi, çəkinə-çəkinə Tutunun qoluna toxunmuşdu, saçını
sığallamışdı: “Di yaxşı, bağışla”. Və o saat Tutunun da
gülümsədiyinə, gözlərindəki yadlığın əriyib itdiyinə
sevinmişdi. “Əlini çək, elə bil at sığallayır. Əvvəl adamın
ürəyini qırmasan, qılığına girməzsən”.
Yox, iş düşündüyü kimi deyil. Tutu əgər bilirsə, o,
ürəyini qırmasa, qılığına girməz, demək, yavaş-yavaş tanıyır
onu. Gərək valı dəyişdirə, yoxsa sabah “xətrinə dəyəndə”
Tutu daha kefini pozmayacaq, fikirləşəcək ki, indi “qılığıma
girib” könlümü alacaq. Əvvəl kefini pozmayacaq, sonra
da heç o dediyini eşitməyəcək: “əşi, danışıb, danışıb
kiriyəcək”. Hə, belə fikirləşəcək. Onda da məsələ məlum.
Yenə şükür, belə vaxtlar göz-gözə qalmamaq üçün öpüşüb-
qucaqlaşmaq qanının arasına girir. Özü də bilir öpüşməkdən
Tutunun xoşu gəlir. Balaca olanda inanırdı ki, uşaq
öpüşməkdən doğulur. Əgər, doğrudan da, öpüşməkdən
doğulsaydı, Allah bilir indi neçə uşaqları varıydı. Hərdən
öpüşüb qucaqlaşmağa çox uyanda az qalırdı sərhədi keçsin.
Yaxşı ki, Tutu qoymurdu: qurban olum, yox, qurban olum,
tələsmə, sonra, sonra... “Bu gün ürəyimdən bilirsən nə
keçib? Yuxudan oyananda səni görmək. Gözümü açıb
268