Page 270 - "Yolüstü söhbət"
P. 270
ısı ilə bağlı bir əhvalat danışmağa. Özü də onu
güldürməkdən ötrü danışdı. İki adamın əylənməsi üçün
ən yaxşı üsul üçüncü bir adam haqqında söhbət salmaqdı.
Tutu bunu da bilirmiş. Bunda təəccüblü nə var ki! Nahaqca
özünü Tutudan ağıllı sayır. Nahaqca. Sonra ancaq peşman
oldu, dayısından söhbət saldığına görə. Əvvəlcə danışdıqca
uğunub gedirdi. İstəyirdi onu da güldürsün. Dayısı üç il
qabaq Amerikada olanda, arvadı ilə gedibmiş çimərliyə.
Görürlər hamı bilet alır, bunlar da alıblar. Çatanda bunları
qapıdan buraxmayıblar. Deyiblər bura lüt çimənlər üçündü,
gərək siz də lüt soyunasınız. Fikirləşiblər, axır dayısı deyib
bizi burda kimdi tanıyan – soyunaq. Soyunub keçiblər.
“Bəs niyə gülmürsən? Bir təsəvvür elə...” Təsəvvür elədi,
ər-arvad lüt anabülbül çimərlikdə necə gəzirlərmiş: başlarında
çimərlik papağı, gözlərində gündən qorunmaq üçün eynək,
qol-qola, özləri də lüt. Tutu hardan bilsin ki, dayısı qarışıq
elə hamısına gülmək üçün ona bir him lazımmış. Qəsdən
də lap möhkəm gülürdü ki, Tutu nəyə güldüyünü başa
düşsün. Başa düşdü də: “Mən danışdım gül, danışmadım
lağ elə”. Ancaq yaxşı olardı, orda bir Məmmədhüseyn çıxaydı
böyürdən: salam, Əsgər müəllim, salam, Ziynət xanım...
Kef olarmış, hamı lüt, bu üç nəfər müsəlman əllərini
qabaqlarına tutub söhbət eləyirlər. Adamdan baş açmaq
olmur. Otuz-qırx il yaşayır, bilir pis nədi, yaxşı nədi, ancaq
aparıb başqa yerə atan kimi necə yaşadığını, kim olduğunu
unudur, tezcə düşdüyü yerə uyğunlaşır. Hamı necə, o da
elə. Lüt çimirlər – lüt çimir, hələ başqa şeylər eləsələr, onu
da eləyər. Demək, adam özündən utanmır, başqalarından
utanır. Demək, necə olmağı, necə özünü aparmağı adamın
özündən asılı deyil, başqalarından asılıdı. Görən, Tutu da
elə bir yerə düşsəydi, lüt çimərdimi? Bəlkə də çimərdi. Bəlkə
də elə şeylər olub ki, bundan onun xəbəri yoxdu, sonra da

270
   265   266   267   268   269   270   271   272   273   274   275