Page 273 - "Yolüstü söhbət"
P. 273
lə dəhlizdəki marçıltı. Bildi ki, təzə qohumlardandı gələn.
Qəribə adətləri var: hər gün görüşəndə öpüşürlər, elə bil
yüz ilin həsrətlisidilər. Marçıltılarını eşidəndə qıdığı gəlir.
Toydan sonra, yəqin, onunla da belə görüşəcəklər. Kefdə
olacaq. Səhər març, axşam març, günorta març. “Salam,
salam, nə gözəl qonağımız var. Otur, otur... kefin, əhvalın?”
Ona görə ayağa durduğunu o saat qeyd elədi. İcazə verdi
otursun. Yoxsa guya dimdik dayanacaqdı. Ancaq doğrudan
elə dayanacaqdı. Belə öyrədiblər. Uşaq vaxtından beyninə
yeridiblər: böyüyə hörmət elə, gələndə ayağa dur, papağını
çıxar (varsa), nə bilim özgə neylə. Böyük bəlkə dəlidi, gicdi,
əclafdı – daha burasını fikirləşən olmayıb. İntəhası, “otur”
deyən kimi oturdu. Kefdi, vallah. Fikirləşdiyinin özünə
dəxli yoxdu, özünü sərbəst apara bilmirdi. Gec-tez
Süleymanın xahişini eləməliydi bu adamdan – bax bu, onu
qoymurdu özünü sərbəst aparsın. Gözüqıpıq olmuşdu.
İstəməyə-istəməyə ağız açacağını, sonra bunun
peşmançılığını çəkəcəyini başa düşdüyündən get-gedə
fağırlaşırdı, yazıqlaşırdı. Ha çalışırdı özünü düzəltsin –
bacarmırdı, elə bil boynundan basırdılar: lap kiçilirdi,
yazıqlığını görməsinlər deyə təbəssümlə yaşmanırdı, yerli-
yersiz şit-şit gülümsəyirdi. Öz xasiyyətini yaxşı bilirdi,
bilirdi içində peyda olmuş yazıq adamla bacarmayacaq,
bu adam özünü büruzə verəcək. Ona görə cəhd edirdi
vaxtında aradan çıxsın. Cəhdi də o oldu ki, duruxa-duruxa
oturub heç özünün də başa düşmədiyi nəsə mızıldadı.
Əsgər müəllimsə böyük və ağıllı adam kimi, söhbəti tutsun
deyə, qara camaatın səviyyəsinə, zövqünə uyğun şeydən –
yeməkdən danışırdı, həvəslə süfrəni tərifləyirdi. Qayınanası
onu çox istəyirmiş ki, gəlib süfrənin üstünə çıxıb. Bacıqızını
da sağ olsun, bilir dayısı təkcə “Gəncə” konyakı içir. (Beş

273
   268   269   270   271   272   273   274   275   276   277   278