Page 272 - "Yolüstü söhbət"
P. 272
a, çətin ki, həkim kağız verə. Bu şübhəsinə tezcə
özünü inandırdı: dizində nə şiş vardı, nə qızartı. Demək,
həkimə getməyə dəyməzdi, işə də gecikmişdi. Demək, indi
heç bir işi-gücü yoxdu, ürəyi hara istəsə gedə bilər. Bəs
hara? Dünya hələ də böyükdü, bu böyük dünyada tanıdığı
adamlar da çoxdu, di gəl, bu saat heç kim onu özünə
çəkmirdi, heç kimi görmək istəmirdi. Evə qayıtmaq fikri
də onu açmadı. İndi yenə nəsə gözləyirdi, nəsə olacağına
inanırdı; evdəsə, dörd divar arasında bu ümiddən də gərək
əlini üzəydi.

Tutu, görən, gəlib onu işdə tapmayanda nə düşünəcək?
Üç aydı demək olar ki, hər gün görüşürlər. Bir-birilərini
görməyə öyrəşiblər. Öyrəşməksə pis şeydi. Öyrəşəndə elə
bilirsən başqa cür yaşamaq olmaz. Bəs axı “başqa cür” nə
deməkdi? Əgər nəsə yaxşıdısa, “başqa cür” nəyə lazımdı?
Əvvəlkinin, doğrudan da, yaxşı olduğuna inanmaq
üçünmü?.. Ancaq Tutu onu söhbətə tutmasaydı, indi heç
dayısınnan görüşməmişdi. Di gəl, görüşdü, görüşübsə də,
demək, görüşməliymiş. Bir gündə neçə dəfə söhbətini
eləmişdilər. Lüt çimdiyinə görə də yaxşıca məsxərəyə
qoyub gülmüşdü. Axır özü gəlib çıxmalıydı. Gəlib çıxdı
da: bax, bu da mən, bacarırsan, di indi gül. Gülə bilmədi.
Çimərlikdə necə lüt gəzdiyini təsəvvür eləyib uzaqdan-
uzağa gülmüşdü. Gözünün qabağında olandasa gülə
bilmədi. Baxdı eninə, uzununa – mati-mutu qurudu, guya
birinci dəfə görürdü. Hündür, şaqqalı, yaraşıqlı kişi –
gözünün qabağında durub, təsəvvür eləmək lap asan,
amma daha bu əhvalat ona gülməli gəlmirdi. Olur, elə
adamlar olur, onlara lağ eləmək mümkün deyil. Nə eləsə
yaraşır, deyirsən, bu cür də olmalıdı. Gözəl kişilərə eşq
olsun! Elə qapının zəngi çalınanda dalağı sancdı. Sonra

272
   267   268   269   270   271   272   273   274   275   276   277