Page 269 - "Yolüstü söhbət"
P. 269
rəm yanımda yatırsan, uşaq kimi, mışıl-mışıl... Təzədən
səni qucaqlayıb yatam. Elə rahat yataram...” Tutu bunları
danışanda gözlərini yummuşdu, özü də həmin an uşağa
oxşayırdı, xoşbəxt, qayğısız uşağa. Tutuya baxa-baxa onun
da içində dumduru bir işıq peyda olmuşdu. Ürəyindən
keçmişdi ki, vaxtı beləcə saxlayasan. O, əlini usdufca-
usdufca bu uşağın saçında gəzdirə, əlinin hər təmasından
bu uşağın çöhrəsində kölgə kimi təbəssüm gəzə, yuxuda
gülümsəyirmiş kimi gülümsəyə və onun əli həmişə bu
uşaq üçün beləcə həssas ola. “Yatırsan?” Bilirdi ki, yatmır,
ancaq belə demişdi; bu adicə söz deyildi, bu onun indiyə
qədər Tutuya demədiyi sözdü. Bunu Tutu hiss elədi – bircə
kəlmə söz kirpiklərini islatdı. İslanmış kirpiklərini qaldırıb
gözdolusu sevinclə üzünə baxdı: “Mən dəliyəm, hə?... Sən
mənə fikir vermə, hərdən olur...” Bunlar da adicə söz
deyildi... Ancaq həmin an onun boğazında bir hönkürtü
qaynadığından Tutunun xəbəri olmadı. Birdən-birə özündən
zəhləsi getmişdi – bu dünyada nə axtardığını, nə istədiyini
bilmədiyinə görə, hisslərinin içində başını itirdiyinə görə.
Çünki elə həmin an hər şey: dediyi söz də, Tutunun göz
yaşı da, yaşadığı həyat da onu darıxdırmışdı, hər şey ona
boş, mənasız görünmüşdü... Amma ağlasa, əla olardı. Bur-
nunun suyunu axıda-axıda birdəncə başlayaydı ağlamağa.
Tutunun heyrətdən gözləri çevrilərdi: nə oldu? nə oldu
sənə, Mədət? Bir de görüm nə oldu? Tutu soruşduqca, o
hönkürəydi, burnunu çəkə-çəkə, mızıldaya-mızıldaya. Kef
olardı, ha! Di gəl, darıxdığını Tutudan gizlədəmmədi. Heç
gizlətməyə çalışmadı da. Qəribə idi ki, özgə vaxt Tutu
onun kefsizliyinin səbəbini soruşub içinə-piçinə yetməyincə
əl çəkməzdi, bu dəfəsə heç nə soruşmadı. Yəqin, onun
kimi Tutu da hansı sözlərisə eşitməkdən qorxur. Qorxur
ki, çintərib səbəbini soruşmadı. Heç nədən qəfilcə başladı

269
   264   265   266   267   268   269   270   271   272   273   274