Page 274 - "Yolüstü söhbət"
P. 274
qiqə sonrasa məlum oldu ki, demə, konyak ona yuxu
gətirir, araq içməyi məsləhətdi.) “Hələ dolma! Bəh-bəh,
badımcan dolmasına söz olmaz. Vallah, bu dolmadan
yeməmək günahdı...” O da Tutunun könlünü almaq üçün,
xətrinə dəyəndən sonra dolmanı beləcə tərifləmişdi. Başqası
da həmin sözləri deyəndə özündən zəhləsi getdi: ucuz
sözdü ki, o saat hamının ağlına gəlir. Tutunun ancaq çiçəyi
çırtlayırdı tərif eşitdikcə. Tezcə qaçıb boşqabları təzələdi,
yeməyi qızdırdı, salat elədi; qaça-qaça, gözlərini şıltaqlıqla
süzdürə-süzdürə. Böyüklərin yanında o, həmişə dəcəl uşağa
dönürdü. Böyük də ki, ərk eləməli adam, üzügülər, zarafatcıl,
elə durub oturur, deyirsən, tay-tuşdu. Di gəl, tay-tuş
olmadığını hiss elətdirirdi. Gözlərinin dərinliyindəki qüssəylə
hiss elətdirirdi. Bəlkə bu, heç qüssə də deyildi, buna qayğı,
ya ciddilik də demək olardı. Bəzi adamlarda ciddilik
qoruyucu maska vəzifəsini görür. Yəni özüm gülürəm,
danışıram, zarafat eləyirəm, amma gülməyimə baxıb üz
alma, sərhədi gözlə. O isə sərhədi gözləyə bilmədi, bu
sərhədi görə-görə gözləyə bilmədi. Üzdəki mehribançılığa
uydu, özü özünü aldatdı, bir də ayıldı ki, iş işdən keçib.
Adamın sağlığına da içərlər, haqqında xoş söz də deyərlər,
daha bu, o demek deyil ki, qabağındakı can-ciyərdi sənlə,
nə desən, əlini döşünə qoyacaq. Ancaq o, belə fikirləşdi.
Deyirdi, ata-ananı nişanda görəmmədik, inşallah, toyda
görərik. Böyüklərin sağlığına içəndə deyirdi, məhrəm adam
kimi də gülümsəyirdi. Əvvəlcə də onun sağlığına içmişdi,
“yaxşı oğlansan” demişdi. Həvəssiz yediyinə görə arada
az qalmışdı hətta ondan incisin. Tutu da dayısına qahmar
çıxmışdı: “...bayaq da heç düzəməlli yemədi, e!” Tutunun
ondan dayısına gileylənməyi gülməli idi. Guya o, uşaqdı,
kiməsə acıq eləyib yeməyindən küsmüşdü, dayısı da bu

274
   269   270   271   272   273   274   275   276   277   278   279