Page 277 - "Yolüstü söhbət"
P. 277
aydı, gözlərini görəydi. Bəlkə də baxmamağı yaxşıdı.
Görmədiyini yüz yerə yozub ürəyi sakitləşdirmək olur...

Düz qabağında oturmuş balaca bir arvad hərdən çəkinə-
çəkinə ona baxırdı. Elə bil nəsə demək istəyirdi, ancaq
ürək eləyə bilmirdi. Onunsa danışmağa həvəsi yoxdu, ona
görə də arvada tərəf baxmamağa çalışdı ki, ürəklənib
sözünü deməsin. Fikri arvadın yanında olduğundan elə
gərgin dayanmışdı ki, arvad dillənəndə o, hətta diksindi.

Arvad yavaşca:
– Deyən ağrıyırsan, a bala, – dedi, – gəl otur.
O da elə bayaqdan bunu istəyirdi. İstəyirdi ağrıdığını
bilsinlər. Və bunu istədiyinə görə, ağrısını gizlədə bilmədiyinə
görə də özünə acığı tutdu. Trolleybusdakıların söhbətin
nədən getdiyini sezməməsi üçün etinasız-etinasız başını
silkələdi.
Arvad ona qulaq asmayıb durdu:
– Otur, otur, görürəm ki, ağrıyırsan.
Onu tər basdı. Başını qaldırıb ətrafına baxa bilmirdi.
Yaşlı bir arvadın cavan bir oğlana yer verməsini həmişə
görmək olmazdı.
Zor-xoşla arvadın qolundan tutub yerində otuzdurmağa
çalışdı:
– Oturun, siz Allah, mən ağrıyıb eləmirəm.
Arvad dediyindən əl çəkmirdi. Axır onun səbri tükəndi.
Hirslə arvadı özündən kənar elədi:
– Əl çəkin, – dedi, – işiniz-gücünüz qurtarıb, dedim ki,
ağrımıram.
Qapılar açılan kimi daha dayanmayıb trolleybusdan
düşdü. Ağrıdığına inansınlar deyə dayanacaqdan uzaqlaşana
qədər axsaya-axsaya getdi. Doğrudan da, dizi indi möhkəmcə
sancırdı. Ayağını saxladı ki, burdan hansı tərəfə gedəcəyini

277
   272   273   274   275   276   277   278   279   280   281   282