Page 281 - "Yolüstü söhbət"
P. 281
gəlirdim – danışırdı, gec gəlirdim – danışırdı, qarğıyırdı,
söyürdü. Deyirdi, ölümümü arzulayırsan, istəyirsən əlin-
ayağın açılsın. Üzüməcə deyirdi, yana-yana qalırdım.
Xəstəydi, zobu varıydı, gözləri az qalırdı hədəqəsindən
çıxa. Kürlüyü də elə xəstəlikdən idi; özü xəstəlikdən
bezmişdi, elə bilirdi hamı da ondan bezib. Xəstə adamdan
kim bezməz? Hələ bir yandan da xəstə kür ola. Nə olsun,
bezəndə adam özündən də bezir. Qulluğunda ki dururdum,
bir sözünü iki eləmirdim, çor deyəndə, can deyirdim...”

Anasına görə evlənə bilməmişdi. Əvvəl-əvvəl evlənibmiş,
anası gəlini yola vermədiyindən boşayır. Sonra da heç
evlənmir. “Yoldaşım yaxşı qadındı, abırlı adamdı. Mən
anama necəydim, o da elə: cavab qaytarmazdı, hərdən
mənə şikayətlənirdi. Mən də bir dedim – bəsdi, iki dedim –
bəsdi, axır şələ-küləsini verdim qoltuğuna. Neyləyim,
qulağım dolmuşdu, bilirdim nə deyir – düzdü. Gərək
dözəydi, qanaydı ki, çıxış yolu yoxdu, anamı evdən
çıxarmayacaqdım ha. Durub onnan anamın qeybətini
eləməyəcəkdim ha... Çıxıb getdi, bir uşağımız varıydı,
oğlan uşağı...”

Qadının dalınca daha getməmişdi. Özünü sındırmaq
istəməyib. “O vaxt cavan idim. Cavanlıq da o deməkdi ki,
adam bu gününü fikirləşmir, elə bilir hər şey qabaqdadı.
Ancaq, demə, bu günsüz sabahın bir qəpiyə də dəyməz.
Dəyməz, qadası, dəyməz. Özülsüz ev çox davam gətirməz.
İndi bir ildi anam rəhmətə gedib, elə bil göydən asılı
qalmışam, əlimi atıb bir yandan tuta bilmirəm. Axır vaxtlar
uşaq tez-tez yadıma düşür, di gəl, üz lazımdı gedib
görüşəsən. Keçən il o da instituta qəbul olub. Atalığı,
deyəsən, yaxşı adamdı. Bir dəfə uzaqdan-uzağa görmüşəm.
Üçü də bir yerdə gedirdi. Yaxşıydılar. Adamın xoşbəxt

281
   276   277   278   279   280   281   282   283   284   285   286