Page 285 - "Yolüstü söhbət"
P. 285
rdən baş sındırıb bunun səbəbini tapmağa çalışır. Bəlkə
də bayramların sevinc gətirdiyinə uşaqlıqdan inandığı
üçün kədərlənir: fikirləşir ki, sevinəcək, bax, bu gün
sevinməlidi; gözləyir, özünü kökləyir, ancaq uşaqlıqda hiss
elədiyi sevinci yenə duya bilmir. Adamın təsəvvüründə
yaratdığı, olacaq şeyi həmişə kölgədə qoyur. Ona görə
gərək özünü heç nəyə daha qabaqcadan hazırlamasın,
getdiyi yeri də təsəvvüründə bəzəyib-düzəməsin. Bugünkü
kimi. Bilir, evdə hər şeyi bir il əvvəl necə qoyubsa, eləcə də
tapacaq. Hər şeyi öz ölçüsündə, öz səmtində. Doğrudan
da, ancaq adamın özü dəyişir, nəsə elə vaxt olur ki, gözündə
ölçülərini, duruşunu, görünüşünü itirir. Həmin dövrü o,
çoxdan keçirib. Haçansa Bakıdan qayıdıb gələndə Düzyurd
ona lap balaca görünmüşdü: küçələr elə bil daralmışdı,
hasarlar alçalmışdı, öz evləri də Düzyurd kimi lap kiçilib
yerə yapışmışdı. Sonra yavaş-yavaş gözü gördüyünə öyrəşdi,
hər şey öz xırdalığı ilə təzədən gözlərində böyüdü. İndi
neçə ildi gəlib-gedəndə nəyinsə dəyişdiyini hiss eləmir.
Demək, çoxdandı o özü dəyişmir, çay kimi axa-axa öz
yatağını tapıb, bundan sonra dəyişib-dəyişməyəcəyini də
Allah bilir. Evlərini görəndə keçirdiyi bir hiss isə onda
həmişə dəyişilməz qalıb. Qapını açan kimi birbaşa düşdüyü
balaca mətbəx, bu balaca mətbəxdə gördüyü qaz pilətəsi,
tunc əlüzyuyan, onun altındakı aroy vedrəsi, gözlərinə hər
gün işlənən qab-qacaq, stəkan-nəlbəki yığılmış siyirtməli
stol, stolun üstünə salınmış, rəngi çoxdan getmiş, bıçağın
kəsik-kəsik etdiyi müşəmbə örtük, yaşıl boyası bəzi yerlərdən
qopub tökülmüş divar ona həmişə həyatın, ömrün kinayəsini
hiss elətdirir. Elə bil dünyadakı hər şey insanın başını
qatmaq üçün, onu darıxmağa qoymamaq üçündü. İnsan
bunlarla oynayır, düzür, qurur, təzədən söküb-dağıdır və

285
   280   281   282   283   284   285   286   287   288   289   290