Page 288 - "Yolüstü söhbət"
P. 288
-gedə çətinləşir. Bunu başa düşdü və susdu. Daha öz
həyatını heç kimə danışmır, adi şeylərin nəyə görə onda
hiss oyatdığını da axtarıb tapmağa çalışmır – xatırlayırca.
Və nə yaxşı ki, xatırlaya bilir, nə yaxşı ki, bax, indi hansı
may bayramısa gözünün qabağındadı: günəş, yasəmən
kolu, rəngbərəng şarlar, təkərləri bəzənmiş velosipedlər,
karusel, mikrofonla deyilən şüarlar, yolların qırağındakı
şirniyyat stolları, saysız-hesabsız şirəli su satanlar, bir də
o... cibində də kağız manatlıq. Heç vaxt bu qədər çox pulu
olmamışdı, gəzirdi, dolanırdı, uşaqlar bayramdı deyə şirni
alıb yeyirdi, qazlı cu içirdi, onunsa manatı xırdalamağa
heyifi gəlirdi. Günorta geri dönəndə evdəkilər həmişəki
təki onu qabaqlarına qoyub sorğu-suala tutdular: haraları
gəzdi, nə gördü, nə aldı? Eşidəndə ki, pulu xərcləməyib,
dedilər, ver saxlayaq, qırıq-qırıq aparıb məktəbdə
xərcləyərsən. Pulu verəndən sonra bayramın hələ
qurtarmadığı bircə əynindəki təzə paltardan bilinirdi. Paltarı
soyundumu, bayram qurtaracaqdı. O isə istəmirdi bayram
qurtarsın. Ancaq öyrəşmişdi, evə gələn kimi, deməsələr
də, paltarını dəyişirdi. Onda əyninə aşırmalı göy şalvar
geyinmişdi, bir də qolsuz ağ köynək... Ağlıq ona qışı
xatırlatdı. Qış onun üçün qar deməkdi. Qar, ilk qar, bir-
birinin üstünə qonur, amma elə bil bir-birinə toxunmur.
Ayağını basanda, deyirsən, təzədən göyə uçacaq, ayaqqabıya
da heç yapışmır. Sonra nədənsə burnuna təbaşir qoxusu
dəydi. Məktəb, təmiz sinif otağı, qara lövhə, bir küncə
toplanmış paltolar. “Papaqları partanın altına qoyun!”
Soba, gözlərini acışdıran tüstü, sulu ayaqqabıların döşəməyə
saldığı ləkələr, dışarıya qaçmaq sevinci... İndi də yaydı.
Yay, isti həyətdə gəzişən toyuqların əzgin, üzüntülü
qaqqıltısı. O, içəridə yatıb. Günortadı. Elə bil dünyada heç

288
   283   284   285   286   287   288   289   290   291   292   293