Page 292 - "Yolüstü söhbət"
P. 292
yinə lazımdı başqasının uşağını böyüdə. “Sən cavanlığına
salıb dəlilik eləmə, bala, başına döyə-döyə qalarsan...”
Bunu yuxuda görmüşdü, yoxsa kimnənsə eşitmişdi – bilmir-
di. Ancaq elə şey var ki, ona həqiqətdə olduğundan daha
çox inanırsan. Həmin uşaq qalsaydı, görən indi neçə yaşı
olardı? Səkkiz yaşı olardı. Səkkiz yaş. Nə az, nə çox. O vaxt
yəqin heç kimin ağlına gəlməyib ki, bu ana bətnindəki
körpənin haçansa səkkiz yaşı olacaq, haçansa məktəbə
gedəcək, böyüyəcək, məktəbdə bulka almaq üçün utana-
utana, çəkinə-çəkinə on qəpik pul istəyəcək. Hamı kimi.
Onların hamısı kimi. Ancaq belə çıxır ki, onlar da doğulmaya
bilərmiş. Onda nə dəyişərdi? Yəqin heç nə. Necə ki,
doğulmayanların yeri hiss olunmur, eləcə də onların yeri
hiss olunmazdı. Yoxun kölgəsi olmur. Heç kimin də ağlına
gəlməzdi ki, dünyada Mədət adlı bir adam olacaqmış, Tutu
adlı bir qızla nişanlanacaqmış. Mədət özgə nə eləyib? Heç
nə: böyüyüb, məktəbə gedib, institut bitirib... Qəribədi,
bəs Mədət olmasaydı, Tutu kimlə nişanlanacaqdı? Başqa
bir Mədətlə, ya Həsənlə, Hüseynlə. Onunla qucaqlaşacaqdı,
öpüşəcəkdi, ona “sevirəm” deyəcəkdi, ondan uşaqlar
doğacaqdı. Təbii şeydi. Əgər hər şey başqa cür də ola
bilərmişsə, demək, heç nə ilə öyünmək lazım deyil, nə də
ki, heç nəyə təəccüblənmək. Belə-belə işlər... Bacısı ancaq
sir-sifətdən heç dəyişməmişdi. Yeddi il əvvəl gördüyü kimi
idi: həvəsli, coşqun. Danışığı da, yerişi-duruşu da. Gözləri
də əvvəlki təki qaynayırdı, dəymiş gilənar kimi yumru, iri
qara gözləri. Onu görəndə ağlamsındı. “Qurban olum, ay
qardaş, qurban olum”. Heç aman vermədi o da ağzını açıb
bir kəlmə söz desin. Qucaqlayıb bərk-bərk öpdü: “Gör
nətəri böyüyübsən, gör nətəri böyüyübsən”. Onda yadına
düşdü ki, bacısından yaşca kiçikdi. Kiçik olmağı ilk dəfə

292
   287   288   289   290   291   292   293   294   295   296   297