Page 297 - "Yolüstü söhbət"
P. 297
aq nə yaxşı ki, iş böyüyüb məhkəməyə çıxmadı. Çox
şükür. Hərə bir şınqroy çalacaqdı dallarınca: filankəs
qardaşını məhkəməyə verdi, filankəs qardaşını tutdurdu,
nə bilim neylədi. Belə söz-söhbət adamın qırx dönəninə
bəs eləyər. Düzdür, anası dediyi kimi, dayıları ilə araları
sərindi, qohumluq təkcə toydan-toya, vaydan-vaya yada
düşürdü. Ancaq nə fərqi – qardaşıydı. Əvvəl-əvvəl o da əli
heç yana çatmayanda, biləndə ki, istəsə də, istəməsə də,
qabağa özü düşməli olacaq – bu soyuqluqla özünə təsəlli
vermişdi, özünü ən pis sonluğa hazırlamışdı ki, başqa cür
alınsa, ona lap ağır gəlməsin. Pis sonluq da o idi ki, anası
demiş, dayıoğlunun zibilləri açılacaqdı, ona görə də
tutulacaqdı, dayısı ilə də ömürlük düşmən olacaqdılar.
Fikirləşirdi ki, cəhənnəmə, bundan ona nə. Uzağı-uzağı,
tezcə çıxıb gedər, siz sağ, mən salamat, dayısıgillə əvvəldən
yaxınlığı yoxdu, indi də heç olmaz, vəssəlam. Ancaq bir
yana qalanda o, anası təki gediş-gəlişlərinin olmadığını
soyuqluğa yozmurdu. Çünki onsuz da ata-anası ünsiyyət
saxlamağı xoşlamırdı. Dayısı oğlunusa heç düzəməlli
tanımırdı, hərdənbir rastlaşanda hal-əhval tuturdular. Bu
da ona təbii görünürdü, çünki dayısı oğlu ilə tay-tuş
deyildilər – dayısı oğlu altı-yeddi bayram ondan böyükdü.
Həm də özünü biləndən, dayısı oğlu haqqında elə şeylər
eşitmişdi ki, tək yaş fərqinə görə yox, keçirdiyi həyata,
gəzib-dolandığı yerlərə görə də dayısı oğlu ona əlçatmaz
görünmüşdü: altında maşını, bir ayağı Tiflisdə, Sevanda,
Yerevanda, axşamlar restoran, kef məclisləri, macəralar,
bir də heç kimin adını bilmədiyi, üzünü görmədiyi, şəhərin
başqa qızlarına oxşamayan qızlar... Həmin qızları şəhərin
başqa qızlarına yəqin bircə o idi oxşada bilməyən. Ancaq,
nə fərqi, indi də oxşada bilmir. Çünki Düzyurdun qızlarına

297
   292   293   294   295   296   297   298   299   300   301   302