Page 298 - "Yolüstü söhbət"
P. 298
lə də on altı il əvvəlki Mədətin gözləri ilə baxır, özgə cür
baxmağı bacarmır. On altı il əvvəl o, bu qızları uzaqdan-
uzağa sevmişdi. Onda bilmirdi qadın nə deməkdi, bilmirdi
sonra nələr olur – ancaq sevirdi. Hər dəqiqə, hər gün
fikrində gəzdirirdi, oğrun-oğrun göz yetirirdi, di gəl,
rastlaşanda dili-dodağı təpiyirdi, əsim-əsim əsirdi. Üç qız
sevmişdi orta məktəbdə. Əvvəl ikinci sinifdə, sonra altıncı,
sonra səkkizinci. Heç hansına da ürəyini açmamışdı. Bu,
heç ağlına da gəlməmişdi. Sevirdicə, istədiyi də o idi ki,
qız ona baxsın, gülümsəsin, ya da bir söz desin: ”Mədət,
dünən niyə dərsə gəlməmişdin?” Bax, belə bir söz. Onda
dünyanı Mədətə verirdilər, Mədət işıq saçırdı, Mədət
xoşbəxtlərin xoşbəxti olurdu. Çoxdandı daha o hissləri
keçirmir. İndi bilir qadın nə deməkdi, bilir nə istədiyini, di
gəl, o hissləri keçirmir. Elə nə vaxtsa keçirdiyi hisslərə görə
Düzyurdun qızlarına başqa gözlə baxammır. Kimsə hansı
qızdansa bəzi-bəzi şeylər danışanda, öz axmağlığına ürəyində
gülsə də, inanmağı gəlmir, istəyir haqqında danışılan qızı
gedib özü görsün, gözünün içinə baxsın: necə ola bilər,
axı? Hələ də əl-ayağına dolaşan on altı il əvvəlki axmaq
Mədətin axmaq heyrətinə son qoymağın, yəqin ki, bircə
yolu vardı – Düzyurdun “elə qızlarından” biri ilə günah
işlətmək. Hə, onda, doğrudan da, son qoyular. Çox şeyə
son qoyular. Dayıoğlunun sirli-sehirli həyatı da öz
əlçatmazlığından enər. Başa düşər ki, hər yerdə necə olursa
– insanından tutmuş, bu insanların sevgisinə, xəyanətinə,
çəkdikləri kefə kimi – Düzyurdda da elə olur. Yəni adi
olur. Fikrində yaratdığından çox-çox adi olur. Gör bunu
neçə dəfə öz-özünə təkrar eləyir. Ancaq yenə yeri gələndə
özü ilə bacarmır, hisslərinin əlində aciz qalır: bir vaxt dayısı
oğlu ona əlçatmaz görünüb, buna görə də inanmağı gəlməyib

298
   293   294   295   296   297   298   299   300   301   302   303