Page 302 - "Yolüstü söhbət"
P. 302
indirməyib. Ancaq adamı bəzən çox ucuz yalanla da al-
datmaq olur. Çünki həmin adamın özü elə istəyir onu
aldatsınlar. Arvadın, doğrudan da, qırışığı açıldı. Darıxma,
dedi, inşallah, sən də görərsən. Onun evlənməyini yaman
arzulayır. Həmişə məsləhət verir, yol göstərir, qorxur gedib
“qancığın birinə ilişər”. Nənəsinə görə, gözəl gərək əndamlı
olsun. Arvadı qucaqlayanda kişinin əlinə bir şey gələ da,
ay köpəyin oğlu, yoxsa sür-sümük qucaqlamayacaqsan
ha”. İndi yəqin ondan-bundan öyrənib nişanlısının əndamlı
olmadığını. O barədə daha danışmaz. Yenə öyüd verəcək
ki, necə saxlasın arvadı: qoyma içki içsin, gödək geyinsin,
bərkdən gülsün, ”qoyma, qoyma, başına dönüm, indikilər
havalıdı. Bəri başdan yüyənini boş buraxma. Arvadın ki
ipini boş buraxdın, sonra çətin başararsan, çıxıb oturacaq
təpəndə”. Bircə qadınlar özləri haqqında yad kimi danışırlar.
Elə bil özləri qadın deyillər. Cavab qaytaranda ki, axı, ay
nənə, hamısı havalı deyil – məlum olur arvadın necəliyi
kişidən asılıymış. Kişidən asılıdı, qadan alım, kişidən asılıdı.
Qeyrətli kişinin altında at büdrəməz. İndi ancaq kişi də
qalmayıb. Durub arvadnan ağız-ağıza verirlər, araq içirlər,
qol-qola məhləyə çıxırlar. Kişilər vardı, həyətdə səsi gələndə
arvadlar girməyə deşik axtarırdı. Mən babannan qoca
vaxtında da yaşmanırdım. İndi hanı elə arvadlar”. Deyəndə
ki, ay nənə, içi mən qarışıq hamını pislədin, bircə özünü
təriflədin ha – xısın-xısın gülür: “Bəs kimi tərifləyim, ay
qırışmal?!”. Heyif, nənəsinə heç nə almadı. Gör nə təhər
yadından çıxartdı. Eybi yox, pul verər. Onsuz da həmişə
pul istəyir. Özü də ikilikdə olanda. Çəkir bir qırağa, əvvəl
soruşur, gələndə kimə nə alıb, sonra başlayır borclarını
saymağa: dükançıya bu qədər, filankəsə bu qədər. Pulu
götürəndə də tezcə gizlədib, möhkəm-möhkəm tapşırır ki,

302
   297   298   299   300   301   302   303   304   305   306   307