Page 307 - "Yolüstü söhbət"
P. 307
lümsədi ki, ürəyi lap rahat olsun: düzdü, ana, düzdü.
Beləcə çıxıb getdi bacısı. Yaxşı da pay-püşnən getdi. Anası
üç-dörd dənə toyuq-cücə qoymuşdu, diri-diri, kardon
yeşiyə... kasıbın olanından. Qəribədi, onda da bir-birlərinə
ünvan vermədilər, heç dilucu da demədilər, gəlin, gedin.
Nə onlar, nə bacısı.

Yuxusuzluq, bir yandan da təkərlərin yeksənəq səsi onu
lap bezdirdi. Deyəsən, nə yata biləcəkdi, nə də bu səsdən,
bürküdən can qurtara. Hələ Düzyurda çox qalırdı. İstəsə
də, istəməsə də, gərək dözəydi. Durub dizinin ağrısından
axsaya-axsaya, qatarla bir yerdə yırğalana-yırğalana tambura
çıxdı. Şaqqıltıdan burda heç dayanmaq olmurdu. ”Nə tez
durubsan, qadası? Get yat, get yat, dincəl. Hələ çox qalıb
çatmağa”. Bələdçi idi. Onu söhbətə tutmasın deyə dillənmədi.
Kupeyə qayıdıb pəncərənin qabağında dayandı. Dünən bu
vaxt Bakıda idi, sabah bu vaxt Düzyurdda yuxu bişirəcək.
İndi Tutu bir yerdə bənd ala bilmir, deyir, görən, nişanlımın
başına nə gəldi? Axtarsa, bircə onu Tutu axtarar... bir də ev
sahibi. Bu ayın kirayə pulu durur. Bəlkə də Tutu ilə
rastlaşıblar qapıda? Mümkündü. Tutu evin yerini tanıyır,
amma içəridə olmayıb. Neçə dəfə çalışmışdı evə aparıb
gecəni saxlasın – razı olmamışdı. Bunun üstündə dalaşıb
küsüşmüşdülər də, di gəl, sonra Tutudan xoşu gəlirdi ki,
razılaşmayıb. Belə-belə işlər.

Pəncərədən heç nə görünmürdü. Təkcə qaranlıqdı, onu
görmək üçün gözü yummaq da olardı. Hə, o, Düzyurda
gedir, sabah ata-anasını görəcək. Nə olsun axı? Bununla nə
dəyişəcək? Heç nə, heç nə. Özünü aldatmağa dəyməz. Heç
nə dəyişməyəcək.

Qatar get-gedə yavaşıyıb dayandı. Stansiyanın gur
işığından vaqona da düşdü: kimsə yerində çöyükdü, kimsə

307
   302   303   304   305   306   307   308   309   310   311   312