Page 306 - "Yolüstü söhbət"
P. 306
nlü yoxdu getməyə, bir soruşsan?” Anası da duruxub-
duruxub əlini yellədi: “ Nəyini soruşacağam, qoy getsin.
Özümü zorla dolandırıram, iki uşaqla bunu hardan
dolandırım”. Vəssalam, bacardığı bu oldu. Hə, bir də istədi
aşağı düşüb yeznəni yanlasın, hədələsin, qorxutsun, nəsə
birtəhər çatdırsın ki, qızı incitmə, bacısı tək deyil, üç qardaşı
var. Bunu da ancaq istədi. Acığını onunla soyutdu ki,
xudahafizləşəndə yeznə ilə əl tutmadı, uzaqdanca kinli-
kinli baxdı. Ancaq heç yaxınlaşası adam deyildi, zalım
oğlu yaman hündürdü; zəhlən gedə, özü də yanında durub,
boynunu uzada-uzada altdan yuxarı kinli-kinli baxasan...
Onlar gedəndən sonra evdə elə bil hamının üstünə su
ələnmişdi, bir-birlərinin üzünə baxammırdılar. Atası bir az
bağda gəzişib getdi yatmağa. Mısmırığını da sallamışdı.
Xasiyyəti belə idi, kefi həmişə qəfil dəyişirdi. Bir də görürdün
iki-üç saat danışdı-güldü, hamı ilə zarafat elədi. Üstündən
beş dəqiqə keçirdi, olurdu başqa adam, qaşqabağını sallayırdı,
dinib-danışmırdı, dinəndə də zəhərləyirdi. Onda yamanca
darıxdı, məzuniyyətdə olasan, özü də boş-bekar, evdə də
oturmağa səbrin çatmaya. Sonra hiss elədi ki, anası nəsə
demək istəyir, kranda qab yuya-yuya hərdən ona sarı
boylanırdı. Başa düşdü: bayaq qızı barədə dediyini hələ
unutmamışdı, qorxurdu, pis bir şey düşünər. Yaxınına
getdi ki, danışıb ürəyini boşaltsın, daha əziyyət çəkməsin.
”Sən elə bilirsən, mənim ürəyim daşdı, istəmirəm bacın
yaxşı yaşasın?! Tək canına iki uşaq böyütmək sənə asan
gəlməsin. Atasız uşaq ürəksiz böyüyər. Kimin evində söz-
söhbət olmur, dalaşarlar da, barışarlar da. Hər şeydən ötrü
ailə dağılsa, daha nə olmuşdu. Bacına da dedim, qoy hay
deyəndə üstümüzə qaçmasın. Biz də az döyülüb-
söyülməmişik...” Anası sözünü dedi, o da başı ilə təsdiqləyib

306
   301   302   303   304   305   306   307   308   309   310   311