Page 308 - "Yolüstü söhbət"
P. 308
kürdü, sonra yaşlı qadın cəsi saatı soruşdu... ”Üçə qalıb?!
Allah, sən özün kömək ol, hələ də çimir eləməmişəm.
Bütün bədənim qırılır”. Vaxtı deyən kişi qadının üstünə
çəmkirdi: “Zıqqıldama, sən dədənin goru, qoy mənsə
yatım”. Qadın daha dillənmədi. Bu da onu əsəbiləşdirdi.
Elə bil sözünü danışmağa, ürəyini boşaltmağa
qoymamışdılar. Düşmək lazımdı qatardan. Düşmək lazımdı.
Bəs necə düşsün? Bələdçiyə nə deyib düşsün? Fikirləşəcək
ki, Düzyurda getdiyi yerdə birdən nə oldu buna? Allah
bilir, ağlına nə gələr... Gör nəyin dərdini çəkir. İşi-gücü
qurtarıb, indi də bələdçiyə görə narahat olur. Nə fikirləşəcək,
qoy fikirləşsin. Onun kefi belə istəyir, vəssalam... Amma
düşəndə ötkəm danışmadı, bəhanə gətirdi ki, burda dostu
yaşayır, gərək mütləq görüşsün onunla. Yolpulunu kişinin
özünə birbaşa verməyə nədənsə utanmışdı, ancaq arxadan
səsləyib pulu soruşanda, kişini dilə gətirdiyinə peşman
oldu. Bu bir-iki saniyədə onun haqqında pis şey
düşünməməsi üçün tezcə dönüb dedi ki, pul içəridədi,
stolun üstündə. Kişi yenə yaxın bir adam kimi gülümsədi:
“Sağ ol, qadası, sağ ol, dostuna salam de”.

Qatar tərpənəndə, o başa düşdü ki, doğrudan da, Düzyur-
da getmir, daha evdəkilərlə də görüşməyəcək. Bayaqdan
elə bil tək deyildi, indi qatarın arxasınca baxa-baxa kimsəsizlik
hiss elədi. Yəqin ki, evdə onun gəlişinə sevinəcəkdilər, özü
də görüşdüyünə sevinəcəkdi. Niyə də axı sevinməsinlər.
Gör nə vaxtdı görüşmürlər. Başqa da gələn yox, gedən
yox. Qalıblar qulağıbatmış kimi dörd divarın arasında.
Onlardan savayı kimləri var ki, kimi də arzulasınlar. O da
darıxdıqları yerdə çıxacaqdı böyürdən.

Rast gəldiyi ilk adamdan öyrəndi ki, Bakıya gedən qatar
bir saatdan sonra olacaq. Qalırdı bu bir saatı necə keçirmək.

308
   303   304   305   306   307   308   309   310   311   312   313