Page 312 - "Yolüstü söhbət"
P. 312
mişəki təki durub zəng eləmişdi ki, görsün indi Əzizin
səsi, danışığı necədi, ondan inciməyib ki...

Gəlib yenə qoca ilə üzbəüz oturdu. Qocanı oyatsaydı,
bir az da özü yatardı. Elə bil nə düşündüyünü qoca hiss
elədi, gözünü açıb yuxulu-yuxulu ona baxdı. Ancaq ha
eləyib ona bir söz deyənə qədər yenə gözünü yumdu.
Deyəsən, onunku bu gün yatmaqdan keçdi. Eybi yox, sabah
işdən qayıdıb yatar. Doyunca yatar... Sonra hiss elədi ki,
kimsə onu çağırır. Hardansa külək əsirdi. Külək açıq
pəncərənin tül pərdələrini oynadırdı. Çağıranı gördü –
qadındı. Enli, çox enli çarpayının yanında dayanmışdı.
Daha dillənmirdi, səssizcə dayanıb ona baxırdı. Qaranlıqda
düzəməlli seçdiyi təkcə qadının xalı idi, sol yanağındakı
qara xalı. Yaxına gedib qucaqlamaq istədi. Qadının yançaqları
hərarətli olmalıydı. Bu hərarəti uzaqdan hiss elədi. Qızdırmalı
adam kimi titrədi. Bütün bədəni həmin hərarətin həsrətini
çəkirdi. Qucaqlayıb öpdükcə öpdü. Öpüşlər hava kimi
yüngüldü. Öpürdü, amma qadının sifətini, dodaqlarını
duymurdu, ağırlığından çarpayı cırıldadı. Qadın birdəncə
dəyişdi, əlinin, belinin hərarəti yoxa çıxdı. Qadın həm də
narahatdı. Çönüb baxdı. Qapının ağzında cılız, alçaqboy
bir kişi durmuşdu. Çox tanış adama oxşayırdı. Dinməzcə
ona baxırdı. İndi qadın da kişinin böyründə dayanmışdı.
İkisi də ona baxırdı. Baxışlar elə bil onu çarpayıya mıxlamışdı.
Ha eləyirdi, yerindən dura bilmirdi. Onlar da dinməzcə
baxırdılar...

Tər içində oyandı. Hələ də titrəyirdi. Əvvəl-əvvəl
gerçəkliklə yuxunu ayıra bilmədi. Böyür-başına baxıb harda
olduğunu başa düşəndə rahatca nəfəs aldı: “Allah, sənə
şükür, Allah, sənə şükür, nə yaxşı ki, yuxuymuş, demək,
heç kimin xəbəri yoxdu, xəbəri yoxdu...” Qolları ilə özünü

312
   307   308   309   310   311   312   313   314   315   316   317