Page 314 - "Yolüstü söhbət"
P. 314
şünməyib də. İnanmayib ki, onlara lazım ola bilər, ya
ondan nəsə uman var. İnanmayıb. Çünki inansa, gərək bir
iş görə, özünü əziyyətə sala. Bunu başa düşür, bilir. Bildiyi
üçün də yaxasını kənara çəkir, başını götürüb qaçır. İstəmir
onu narahat eləsinlər, öz dərdləri ilə yükləsinlər, çalışır
tezcə uzaqlaşsın: kimə nə olursa-olsun, bircə onu rahat
buraxsınlar. Üstəlik, onun yaxşı adam olduğuna şübhə
eləməsinlər. Ən çox bunun fikrini çəkir. Bu qatar da gəlib
çıxsaydı… Bayaqkı bələdçiylə rastlaşsa, yaman olar. O
dəqiqə soruşar: dostunu gördünmü, salamımı yetirdinmi?
Ancaq hələ yol gedir o. Görən, tanımadığı adamın birinə
dərdini danışdığı üçün indi peşman olmayıb ki? Anasından
da danışdı. Anasını çox istəyirmiş. Bəs o, kimi çox istəyir?
Bəlkə o, xəstədi? Guya sevdiyi adamlar var, di gəl, elə
anlar olur ki, həmin adamları boğub öldürər də. Niyə
belədi, görən? Bilirsən pis nədi, yaxşı nədi, amma heç nə
özündən asılı deyil. Bəlkə hamı onun kimidi? Bəlkə hamı
onun təki elə yuxular görür ki, ayılanda özündən iyrənir?
Əgər bu cürdürsə, necə rahat yaşaya bilirlər? Anası öləndən
sonra Əzizin qırışığı açılıb. Buna da səbəb var: evin böyüyü
olub, hər gün danlaq eşitmir, kefi istədiyini qorxusuz-
hürküsüz eləyir. İntəhası, Əzizə desən ki, sərbəst olduğuna
görə ananın ölümünə sevinirsən – ömürlük səndən küsər,
üzünə baxmaz. Ancaq axı belədi. Nəyə sevindiyini özü
başa düşməsə də belədi... O, daha bacarmır. Öz içini hər
addımda hiss eləyə-eləyə yaşaya bilmir. Elə bil uzun
görünmək üçün barmaqlarının ucunda gəzib. İndisə bezib,
özünü başqa cür göstərməyə çalışmaq onu bezdirib.

Qəribə bir boşluğun içində idi. Heç nə haqqında axıra
qədər düşünə bilmirdi. Bir-birinə bağlı olmayan sözlər,
hisslər, çöhrələr meh kimi yaddaşına, duyumuna toxunub

314
   309   310   311   312   313   314   315   316   317   318   319