Page 316 - "Yolüstü söhbət"
P. 316
Evə girib yorğun-arğın yerinə uzananda da hələ bu
hissi keçirirdi. Nəsə olmuşdu, ya olurdu, ancaq indi bunu
başa düşə bilməzdi. İndi yatmaq lazımdı, yatmaq lazımdı...
Birdən yadına düşdü. Su kranını harda gördüyü yadına
düşdü. Həyətdə görmüşdü. Dünən səhər-səhər. Balaca
uşaq günün altında dayanıb dəstəklə oynayırdı. Kran da
gəlmirdi. Hə, düzdü. Səhər-səhər görüb. Bu, elə bil onun
son narahatçılığı idi. Daha heç nə haqqında düşünə bilmədi.
   311   312   313   314   315   316   317   318   319   320