Page 311 - "Yolüstü söhbət"
P. 311
tında dəfnə getməmişdi, fikirləşmişdi ki, eybi yox,
üçünə gedər, sonra fikirləşmişdi yeddisinə gedər, sonra
qırxına, sonra ilinə... beləcə-beləcə məzuniyyəti düşdü o
vaxta ki, nə ucuydu, nə qulağı: qırxından çox keçmişdi,
ilinə də çox qalmışdı. Bilmirdi neyləsin, nə alsın, nə aparsın,
bəlkə pul yazılsın? Hələ gərək hansı yollasa Əzizə anasının
vəfatından kədərləndiyini hiss elətdirəydi. Başa da düşürdü
ki, bu, onda alınmayacaq, təbii çıxmayacaq. Çünki
qaraqabaqlığına, deyingənliyinə görə rəhmətlikdən həmişə
zəhləsi getmişdi. İndi gəl, yalandan özünü qurut, iki-üç
saat içini çəkə-çəkə, sızıldaya-sızıldaya Əzizlə otur, kəlmə
kəs. Bir-iki günlüyə gəlmiş olsaydı, baxmazdı heç nəyə,
yenə getməyi sonraya saxlayardı, gizlicə qayıdardı Bakıya
– qoy harda qırılır qırılsın. Amma qəribəydi: gedib-
getməməyi çox düşündüyündənmi, yoxsa nədənsə, Əzizlə
görüşəndə, doğrudan da, kədərli idi. Altdan-altdan da
sevinirdi ki, bu ovqatı lap yerinə düşüb. Onu elə yaxşı
qarşıladılar, əvvəl-əvvəl fikirləşdi, yəqin, Əziz gec gəldiyi
üçün ondan inciyib, indi də çalışır bunu büruzə verməsin.
Ər-arvad hərəsi bir yandan üstünə düşmüşdü: orda durma,
burda dur, ora keçmə, bura keç – guya o, birinci dəfə
gəlirdi bu evə, heç hansını da tanımırdı, onlar da qorxurdu
birdən qonaq inciyər. Sonra başa düşdü. Bildi ki, ondan in-
ciyib eləmiyiblər, sadəcə, arvadın vəfatı evdəkiləri dəyişib
– Əziz onu ilk dəfədi ev yiyəsi kimi, evin böyüyü kimi
qarşılayır. Qabaqlar bir iş görəndə məcburdu anasına
gənəşsin, icazə istəsin, razılığını alanda da fikri elə hey
anasının yanında olurdu: birdən yenə nəsə deyər, hamının
yanında biabır eləyər. Bu dəyişikliyi evdə başa düşdü,
qayıdıb görüşü əvvəldən axıra xatırlayanda. Sonra da

311
   306   307   308   309   310   311   312   313   314   315   316