Page 310 - "Yolüstü söhbət"
P. 310
uqları, ”söhbətin” harda yarımçıq kəsildiyi yaddan
çıxırdı. Əzizin öz həyatından, qayğılarından elədiyi söhbətlər
indi onun üçün maraqlı deyildi. Nə qədər çalışsa da, bu
həyatı, qayğıları özününkü təki hiss eləyə bilmirdi. Onda
ağlına gəldi ki, yəqin, onun danışdıqları da Əziz üçün
maraqlı deyil. Danışmaqsa lazımdı, susub durmayacaqsan
ki, gərək nə iləsə başını qatasan. Əzizgil yaxşı tapmışdılar,
həmişə ən əvvəl bir söhbətin başına fırlanırdılar: o, haçan
evlənəcək? Onun haqda düşündüklərini, narahat olduqlarını
belə çatdırırdılar. Qabaqca söhbəti Əziz başlayırdı, nədənsə,
həmişə də arvadının yanında, sonra da arvadı qoşulurdu:
“Doğrudan, Mədət qardaş, haçan toy eləyirsiz? Axı
gözləməkdən gözümüzün kökü saraldı...” Sözləri deyə-
deyə gülümsəyirdi. Söhbətin arxasını Əziz arvadı
uzaqlaşanda başlayırdı. Ona ağıl verirdi, evlənməyin
xeyrindən danışırdı: nəsil artırmaqdan tutmuş, pal-paltarın
yuyulub ütülənməyinə, can rahatlığına qədər. Ancaq bunu
çox ehtiyatla eləyirdi. Çalışırdı onun ürəyinə toxunmasın.
O da sakitcə qulaq asırdı, imkan yaradırdı könlü istədiyi
tək onu yola sala bilsin ki, görüşdüklərinə görə sonra
peşmançılıq çəkməsin. Həm də, axı bu cür üzdə olan
şeylərdən başqa özgə nədən danışacaq?! Subaydı –
tələsdirirlər ki, evlən. Evlənər – uşaq barədə söhbət salarlar.
Uşaq olar – maraqlıdı, görən, kimə oxşuyur, dincdimi,
kürdümü, yerini batırırmı? Sonra da uşaq böyüyüb evlənmək
yaşına çatacaq, başlayacaqlar indi də onu tələsdirməyə ki,
evlən... Təki ürək rahatlığı ilə görüşüb ayrıla bilsinlər.
Ancaq keçən dəfə bu görüşüb-görüşməməyin ucbatından
lap zülm çəkdi. Çünki görüşməkdən savayı gərək həm də
Əzizə başsağlığı verəydi – ansının vəfatına görə. Tənbəllikdən

310
   305   306   307   308   309   310   311   312   313   314   315